...

Azərbaycan gimnastları beynəlxalq turnirdə finala vəsiqə qazanıblar

Cəmiyyət Materials 17 Mart 2024 17:53 (UTC +04:00)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Niderlandın Alkmaar şəhərində keçirilən batut gimnastikası üzrə “Dutch Trampoline Open” 2024 turnirində Azərbaycan millisinin üzvləri finala yüksəliblər.

Trend xəbər verir ki, fərdi proqramda çıxış edən Selcan Mahsudova, Ammar Baxşaliyev, İbrahim Mustafazadə, Samirə Hüseynova, Ömər Qasımlı beynəlxalq turnirin finalında iştirak edəcəklər.

Həmçinin Əli Niftəliyev, Ammar Baxşaliyev, İbrahim Mustafazadə və Fərhad Mustafayevdən ibarət komandamız həlledici mərhələdə iştirak hüququ qazanıb.

Xəbər lenti

Xəbər lenti