Bakı. Trend:
PwC Azərbaycan şirkətinin Dayanıqlı İnkişaf üzrə Baş Meneceri Günay Əsgərova "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransında çıxış edib. “Gələcəyi İstiqamətləndirmək: Dayanıqlı Gələcək üçün İqlim Dəyişikliklərinin Maliyyələşdirilməsində Yeniliklər” mövzusunda keçirilən panel sessiyasında Günay Əsgərova iqlim və innovasiyaların maliyyələşdirilməsi təcrübələri haqqında danışaraq, dayanıqlı maliyyə həllərinin irəlilədilməsində PwC-nin xüsusi rolunu vurğuladı.
COP29 Təşkilat Komitəsinin üzvü Şəbnəm Məmmədovanın moderatorluğu ilə keçirilən panel müzakirəsində Eurasia Group-dan Frank Qbaqidi, Obuda Universitetindən Monika Garay-Fodor, Azərbaycan Respublikası Mərkəzi Bankından Rüstəm Tahirov və Azərbaycan COP29 Əməliyyat Komitəsinin üzvü Zaur Məmmədov daxil olmaqla, tanınmış məruzəçilər iştirak ediblər.
Onlar dayanıqlı gələcəyin təmin edilməsi üçün innovativ maliyyə həllərinin kritik əhəmiyyətini vurğuladılar.