...

2024-cü ildə Vəkillər Kollegiyasına 1116 şikayət daxil olub

Cəmiyyət Materials 8 Fevral 2025 10:36 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Hesabat ili ərzində Rəyasət Heyətinə 1 116 şikayət daxil olub. Bunlardan 185 (17 %) iş üzrə intizam icraatı başlanılıb, 931 (83 %) iş üzrə isə intizam icraatı başlanılmayıb. İntizam icraatı başlanılan işlər üzrə 47 (25%) şikayət və müraciət dövlət orqanlarından, 11 (6 %) qeyri-dövlət təşkilatlarından və 127 (69 %) isə fiziki və hüquqi şəxslərdən daxil olub.

Trend xəbər verir ki, bu məlumat Vəkillər Kollegiyasının 2024-cü il üzrə fəaliyyəti barədə hesabatda öz əksini tapıb.

Həmçinin, intizam icraatları üzrə Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən 202 qərar qəbul edilib.

Belə ki, 41 (20 %) intizam tənbehi tətbiq edilmədən xəbərdarlıq, 11 (6 %) irad, 34 (17 %) töhmət, 55 (27 %) pozuntu müəyyən olunmadığına, şikayət geri götürüldüyünə görə və s. əsaslarla intizam icraatına xitam vermə, 32 (16 %) qiymət verilməsinin mümkün olmaması, 12 (6 %) vəkillik fəaliyyətinin müəyyən müddətə dayandırılması, 17 (8 %) iş üzrə üzvlükdən xaric olunma ilə əlaqədar məhkəməyə müraciət edilmə ilə bağlı qərar çıxarılıb.

Hesabat ili ərzində isə Vəkillərin İntizam Komissiyasının 16 iclası keçirilib, Komissiya tərəfindən 189 intizam icraatına baxılaraq rəy qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti