...

Ötən il 48,2 min əlillik təyinatı aparılıb

Cəmiyyət Materials 14 Mart 2025 11:03 (UTC +04:00)
Ötən il 48,2 min əlillik təyinatı aparılıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Hesabat dövründə Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi və onun struktur bölmələri tərəfindən 12,2 min nəfər əlilliyi olan şəxs 97 min reabilitasiya vasitəsi ilə təmin edilib.

Trend xəbər verir ki, bu barədə məlumat Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.

Hesabatda bildirilib ki, 2024-cü il ərzində dövlət tibb müəssisələri tərəfindən rəsmiləşdirilmiş göndərişlər əsasında 23,9 min ilkin və 24,3 min təkrar əlillik təyinatı olmaqla 48,2 min əlillik təyinatı aparılıb.

Onlardan orqanizmin funksiyalarının 85-100 faiz pozulmasına görə (1 dərəcə) ilkin əlilliyi müəyyən edilmiş şəxslərin sayı 5,7 min, 65-80 faiz pozulmasına görə (II dərəcə) ilkin əlillik müəyyən olunmuş şəxslərin sayı 8,5 min, 35-60 faiz pozulmasına görə (III dərəcə) ilkin əlillik müəyyən olunmuş şəxslərin sayı isə 9,7 min olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti