...

Futbol üzrə Azərbaycan yığması Avro-2008 seçmə turnirini Serbiya və Çernoqoriyaya qarşı səfər oyunu ilə açacaq

Cəmiyyət Materials 11 Fevral 2006 13:01 (UTC +04:00)

Sentyabrın 2-də keçiriləcək futbol üzrə Azərbaycan yığması Avro-2008 seçmə turnirini Serbiya və Çernoqoriyaya qarşı səfər oyunu ilə açacaq.

Trend in verdiyi məlumatda bildirilir ki, dərc olunan təqvimə görə, bu ilin sonuna kimi Şahin Diniyevin yetirmələri dörd görüş keçirəcəklər. Onlardan birincisi sentyabrın 6-da Qazaxıstan yığması ilə oyun olacaq. Oktyabrın 7-də kollektiv portuqaliyalılara qarşı, ondan 4 gün sonra isə Brüsseldə oynayacaqlar.

Bu ilin ilk oyunu (martın 24-də) azərbaycanlı futbolçular səfərdə polyaklarla, 28-də isə evdə fin futbolçularını qəbul edəcəklər. İyunun 2 -də komanda öz meydanında polşalıları qəbul edəcək, iyunun 6-da isə qazaxlarla görüşəcəklər. Sentyabr ermənilərlə görüşlə yadda qalacaq. Oktyabrın 13-də isə Bakıda meydan sahibləri portuqaliyalılardaq xal qazanmağa çalışacaqlar. Dörod gün öz meydanında Şahin Dinyevin yetirmələri Serbiya ilə, noyabrın 17-də isə Helsinkidə meydana çıxacaqlar.

Xəbər lenti

Xəbər lenti