...

Gürcüstan-Azərbaycan hökumətlərarası İşçi Qrupuna dair nazirliklərin təklifləri ümumiləşdirilir

Cəmiyyət Materials 27 Fevral 2006 15:36 (UTC +04:00)

"Gürcüstanda yaşayan azərbaycanlıların bir hissəsinə 0,5 hektar əlavə torpaq sahələrinin verilməsi onları qane etməyəcək. Çünki torpaqların çox az və ləng verilməsi azərbaycanlıların torpaq problemlərini əslində həll etmir". Bu fikirləri Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin Gürcüstan üzrə şöbə müdirinin müavini Füzuli Nəcəfov bildirib.

Qeyd edək ki, Gürcüstan prezidenti M.Saakaşvilinin tapşırığı ilə Qardabani rayonunun Kalinin kəndinin 120 nəfər təsərrüfat sahibinə 0,5 hektar torpaq sahəsi paylanıb. F.Nəcəfov deyib ki, Gürcüstanın torpaq haqqında yeni qanunu hər bir vətəndaşın torpaq özəlləşdirməsinə imkan yaradır, lakin bu qanun eyni zamanda bəzi kateqoriyalı torpaq sahələrinin özəlləşdirilməsini qadağan edir. Azərbaycanlıların kompakt yaşadığı Dmanisi, Bolnisi rayonları dağlıq ərazi olduğundan orada kənd təsərrüfatına yararlı torpaq sahələri də çox məhduddur. Bu torpaqlar da özəlləşdirilməsi mümkün olmayan sahələrdir.

"Gürcüstanda hər dəfə qəbul olunan torpaq haqqında qanun azərbaycanlıları torpaqdan uzaqlaşdırıb. Amma bu problemləri qismən də olsa həll etmək imkanı var. Məsələn, əlavə torpaq sahələri yaratmaq mümkündür. Gürcüstan prezidentinin belə bir tapşırığı var ki, büdcədən maliyyələşən idarələrin istifadəsində olan torpaqlar əhaliyə verilə bilər. Bundan başqa, icarə qaydasına əməl etməyən icarədarlardan torpaq geri alına bilər və həmin ərazilərin əhaliyə verilməsi mümkündür. Həmçinin hazırda özəlləşdirilmiş torpağın bir hektarının icarə haqqı 10 dəfə artırılaraq 200 dollar olub. Bu məbləği ödəyə bilməyənlərin geri qaytardığı torpaq sahələri də əhalinin istifadəsinə verilə bilər. Lakin bu variantların heç birindən istifadə olunmur"-deyə Komitə nümayəndəsi qeyd edib.

F.Nəcəfov bildirib ki, Azərbaycan-Gürcüstan hökumətlərarası İşçi Qrupunun proqramında bu problemlərin həllinə dair təkliflər var. Onun sözlərinə görə, İşçi Qrpunun yaradılması barədə sərəncamın gecikməsinin səbəbi Azərbaycanın müvafiq nazirliklərinin, dövlət komitələrinin hər birinin öz təkliflərini təqdim etməsi və hazırda bunların ümumiləşdirilərək üzərində iş aparılmasıdır.

Xəbər lenti

Xəbər lenti