...

"Gəncə" Azərbaycanın futbol çempionatında iştirak edəcək

Cəmiyyət Materials 28 İyul 2006 13:17 (UTC +04:00)

"Gəncə" futbol klubu özünün maliyyə problemlərini həll edib və növbəti ölkə çempionatında iştirak edəcək.

AFFA-nın baş katibi Fuad Əsədovun Trend ə verdiyi məlumata görə, "Gəncə" qarşıdakı birincilikdə iştirak edəcək və klubun çıxış etmək niyyətində olmaması barədə söhbətlər əsassızdır. "Gəncəlilər imtina barədə bizə xəbər verməyib. Bundan başqa bütün lazımi sənədləri Assosiasiyaya təqdim etmək üçün onların avqustun 1-dək vaxtı var. Ümumiyyətlə, klubun çempionatda iştirak edib-etməyəcəyi ilə bağlı məsələ İcraiyyə Komitəsinin gündəliyinə daxid edilməyib. Biz iclasda yalnız yarışın reqlamentini təsdiq edəcək və müxtəlif komitələrin başçılarını seçəcəyik", - deyə F.Əsədov vurğulayıb.

Qeyd etmək lazımdır ki, püşkatmanın nəticələrinə görə, birinci turda "Gəncə" "Xəzər"i qəbul edəcək.

Xəbər lenti

Xəbər lenti