...

Qəbələdə ulu öndər Heydər Əliyevin 90 illiyinə həsr olunmuş marafona start verilib (FOTO)

İdman Materials 6 May 2013 20:05 (UTC +04:00)
Bu gün Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə Qəbələ rayonunda ulu öndər Heydər Əliyevin 90 illiyinə həsr olunmuş marafona start verilib.
Qəbələdə ulu öndər Heydər Əliyevin 90 illiyinə həsr olunmuş marafona start verilib (FOTO)

Azərbaycan, Bakı, 6 may /Trend/

Bu gün Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə Qəbələ rayonunda ulu öndər Heydər Əliyevin 90 illiyinə həsr olunmuş marafona start verilib.

Komitədən Trend-ə verilən məlumata görə, fiziki qüsurlu idmançımız Elşən Rizvanov may ayının 6-dan 10-na kimi 215 km məsafəni əlil arabası ilə qət edərək Bakıda Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edəcək. Marafon iştrakçısına ictimaiyyət nümayəndələri ilə yanaşı, Paralimpiya çempionu Oluxan Musayev, Qəbələ rayon İH-nin baş məsləhətçisi Ramil Qəribov, rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov dəstək verərək uğurlar arzulayıblar. KİV nümayəndələrinin suallarını çavablandıran Elşən Rizvanov bildirib ki, marafonda iştrak etməyinin əsas məqsədi fiziki qüsurlu insanların nə dərəcədə iradəli olduqlarını sübuta yetirmək və bu kimi addımlarla gələcəkdə əlil insanların cəmiyyətə inteqrasiyasına nail olmaqdır.

Daha sonra idmançımız dövlət başçısı İlham Əliyevə idmana və idmançılarımıza göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirib. İdmançımız bu marafonun reallaşmasında Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun rolunu xüsusi qeyd edib.

Qeyd edək ki, yol boyu marafon iştrakçısını Paralimpiya komandasının üzvləri Kamal Məmmədov, İlqar Abbasov və Qalib Əliyev müşayiət edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti