...

Azərbaycanı dünya çempionatında təmsil edəcək güləşçilərin adları açıqlandı

İdman Materials 3 Sentyabr 2014 15:33 (UTC +04:00)
Sentyabrın 8-dən 14-dək Özbəkistanın paytaxtı Daşkənd şəhərində böyüklər arasında güləş üzrə dünya çempionatı keçiriləcək.
Azərbaycanı dünya çempionatında təmsil edəcək güləşçilərin adları açıqlandı

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir İlkin İzzət/

Sentyabrın 8-dən 14-dək Özbəkistanın paytaxtı Daşkənd şəhərində böyüklər arasında güləş üzrə dünya çempionatı keçiriləcək. Azərbaycan yığma komandası çempionatda hər üç güləş növü üzrə iştirak edəcək.

Azərbaycan Güləş Federasiyasının (AGF) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu gün Olimpiya Güləş Mərkəzində Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, FILA İcraiyyə Komitəsinin üzvü Namiq Əliyevin iştirakı ilə çempionatda iştirak edəcək komandaların heyəti açıqlanıb.

Sərbəst güləşçilərin heyətində Əhmədnəbi Qvarzatilov (57 kq), Hacı Əliyev (61 kq), Məhəmməd Müslümov (65 kq), Ruslan Dibirhacıyev (70 kq), Əşrəf Əliyev (74 kq), Həmzət Osmanov (86 kq), Xetaq Qazyumov (97 kq) və Aslan Dzebişov (125 kq) yer alıblar. Yığma komanda çempionatda baş məşqçi Semyon Çterev, böyük məşqçi Firdovsi Umudov və məşqçi David Kurtsiyanın rəhbərliyi altında iştirak edəcək.

Baş məşqçi Yaqub Məmmədov və böyük məşqçi Konstantin Konorevin rəhbərliyi altında qadın güləşi yığmamızı Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), İrina Netreba (58 kq), Yuliya Ratkeviç (60 kq), Raqnetta Qurbanzadə (63 kq) və Nadya Sementsova (69 kq) təmsil edəcəklər.

Yunan-Roma güləşçiləri baş məşqçi Cəmşid Xeyrabadi və məşqçi Eyyub Azmudənin rəhbərliyi altında çempionatda iştirak edəcəklər. Heyətdə Taleh Məmmədov (59 kq), Həsən Əliyev (66 kq), Rəsul Çunayev (71 kq), Elvin Mürsəliyev (75 kq), Emin Əhmədov (80 kq), Saman Təhmasibi (85 kq), Şalva Qadabadze (98 kq) və Sabah Şəriəti (130 kq) yer alıblar.

Görüşlərin idarə edilməsində ölkəmizi Olimpiya dərəcəli hakim Hicran Şərifov və beynəlxalq dərəcəli hakim İntiqam Alıyev təmsil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti