...

Azərbaycan güləşçilərinə nizam-intizam xəbərdarlığı edildi (FOTO)

İdman Materials 5 Fevral 2015 11:20 (UTC +04:00)
Azərbaycan Güləş Federasiyasında (AGF) yığma komandaların məşqçilər korpusu ilə görüş keçirilib.
Azərbaycan güləşçilərinə nizam-intizam xəbərdarlığı edildi (FOTO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 5 fevral /Trend, müxbir İlkin İzzət/

Azərbaycan Güləş Federasiyasında (AGF) yığma komandaların məşqçilər korpusu ilə görüş keçirilib.

AGF-dən Trend-ə verilən məlumata görə, görüş yığma komandaların hazırkı vəziyyətini və qarşıdan gələn yarışlara hazırlığı müzakirə etmək, məşqçilərin fəaliyyətini qiymətləndirmək, idmançıların nizam-intizam qaydalarını təhlil etmək məqsədi daşıyıb.

AGF-nin baş katibi Əjdər Cəfərov ilk növbədə hər bir yığma komanda üzvünün nizam-intizam qaydalarına riayət etməsinin vacibliyini bildirib: "Hər bir idmançı ilk növbədə nizam-intizamlı olmalıdır. Uğur qazanmaq istəyirsənsə, intizama riayət etməlisən, proqram əsasında çalışmalısan. Bu günə qədər qazandığı nailiyyətlərdən asılı olmayaraq, bir idmançı intizama riayət etmirsə, məşqçilərin tapşırıqlarına əməl etmirsə o idmançının hazırlığı da istənilən səviyyədə olmayacaq. Əlbəttə, nizam-intizamla yanaşı, fiziki və taktiki hazırlıq da önəm daşıyır. İdmançıların fiziki və taktiki hazırlığının artırılması üzərində işləri gücləndirmək lazımdır. Qarşıda bizi tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunları gözləyir. Güləşçilərimiz hər zaman mötəbər yarışlardan qalib ayrılaraq xalqımızı, dövlətimizi sevindiriblər. Çalışmaq lazımdır ki, doğma paytaxtımızda keçiriləcək Avropa Oyunlarında da nailiyyətlərimizlə güləş azarkeşlərini, xalqımızı sevindirək. Bunun üçün hər cür şərait var. Hazırlıq prosesləri, təlim-məşq toplanışları AGF prezidenti cənab Fazil Məmmədovun və I vitse-prezident cənab Namiq Əliyevin birbaşa nəzarətindədir. Bizim üzərimizə, məşqçilərin və idmançıların üzərinə düşən ən vacib məsələ etimadı doğrultmaqdır".

Görüşün yekunu olaraq, yığma komandalarda nizam-intizama riayət etməyən, fiziki və taktiki hazırlığı üzərində çalışmayan idmançılara qarşı ciddi mövqe nümayiş etdirmək qərara alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti