...

FİDE rəsmiləri Azərbaycana gəlir

İdman Materials 30 Mart 2016 13:24 (UTC +04:00)

Bakı. Trend:

Beynəlxalq Şahmat Federasiyasının nümayəndə heyəti aprelin 5-də Bakıya səfər edəcək.

Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nümayəndə heyətinə FİDE-nin prezidenti vəzifəsini icra edən, təşkilatın vitse-prezidenti Georgios Makropulos rəhbərlik edəcək.

Səfər zamanı FİDE rəsmiləri Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin rəhbərliyi ilə görüşəcək, mötəbər yarışın hazırlıq işləriylə tanış olacaq. Beynəlxalq Şahmat Federasiyasının nümayəndə heyəti eyni zamanda olimpiadanın keçiriləcəyi Crystal Hall-da təşkilati işlərlə maraqlanacaq.

Xatırladaq ki, Bakıda təşkil olunacaq Şahmat Olimpiadası sentyabrın 1-də start götürəcək və 14-də başa çatacaq. Ölkəmizdə ilk dəfə baş tutacaq mötəbər yarış Crystal Hall-da keçiriləcək. Olimpiada günlərində paytaxtımızda həm də FİDE konqresinin növbəti iclası olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti