...

Bədii gimnastika üzrə 24-cü açıq Azərbaycan çempionatı başa çatıb (FOTO)

İdman Materials 18 Avqust 2017 20:02 (UTC +04:00)
Bakıda keçirilən Bədii gimnastika üzrə 24-cü açıq Azərbaycan çempionatı qaliblərin mükafatlandırılması ilə başa çatıb.
Bədii gimnastika üzrə 24-cü açıq Azərbaycan çempionatı başa çatıb (FOTO)

Bakı. Maksim Tsurkov - Trend:

Bakıda keçirilən Bədii gimnastika üzrə 24-cü açıq Azərbaycan çempionatı qaliblərin mükafatlandırılması ilə başa çatıb.

Trend-in məlumatına görə, böyüklər arasında çoxnövlülük üzrə yarışın qalibi 64,900 xalla Zöhrə Ağamirova olub. Gümüşü Veronika Hudis, bürüncü isə Aya Tanaka Probert qazanıb.

Gənclər arasında çoxnövlülük üzrə yarışın qalibi Darya Farşbafşahriyari olub. O, 49,250 xal toplayıb. Nərminə Səmədova ikinci, Arzu Cəlilova üçüncü yeri əldə ediblər.

Çempionatda Bakı Gimnastika Məktəbi, “Ocaq Sport”, “Start”, “Zirvə ” və Gəncə, Qusar, Kürdəmirin idman klubları, eləcə də Yeni Zelandiyadan olan ümumilikdə 25 gimnast iştirak edib.

Xəbər lenti

Xəbər lenti