...

Avstraliya gimnastı: Bakıda məşqlər çox yaxşı keçir

İdman Materials 30 Oktyabr 2018 19:20 (UTC +04:00)
Avstraliyanın batut gimnastikası üzrə komandasının üzvü Kira Uord Bakıya gəlməsindən və Milli Gimnastika Arenasının köməkçi zalında təlim-məşq toplanışlarının keçməsindən məmnundur
Avstraliya gimnastı: Bakıda məşqlər çox yaxşı keçir

Bakı. Ləman Zeynalova, Cani Babayeva - Trend:

Avstraliyanın batut gimnastikası üzrə komandasının üzvü Kira Uord Bakıya gəlməsindən və Milli Gimnastika Arenasının köməkçi zalında təlim-məşq toplanışlarından məmnundur.

İdmançı Trend-ə bildirib ki, məşqlər çox yaxşı keçir.

K.Uord deyib ki, Milli Gimnastika Arenasının köməkçi zalında məşq etmək çox rahatdır:

"Komandamızın bütün üzvləri çox məmnundur. Burada hər şey çox yaxşıdır”.

Onun sözlərinə görə, bu onun Azərbaycana ilk səfəridir.

Qeyd edək ki, Avstraliyanın batut gimnastikası üzrə komandasının üzvləri noyabrda Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək dünya çempionatı ərəfəsində Bakıda təlim-məşq toplanışlarında iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti