...

Ağır atletika üzrə yığma komandalara məşqçilərin təyinatı olub

İdman Materials 29 Mart 2019 12:00 (UTC +04:00)
Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) İcraiyyə Komitəsinin iclası keçirilib.
Ağır atletika üzrə yığma komandalara məşqçilərin təyinatı olub

Bakı. Trend:

Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) İcraiyyə Komitəsinin iclası keçirilib.

AAAF-dan Trend-ə verilən məlumata görə, mərasimdə ağır atletika üzrə yığma komandaların məşqçiləri də iştirak edib.

İclasda qəbul edilən qərarlara əsasən, ağır atletika üzrə yeniyetmələrdən ibarət yığma komandanın baş məşqçisi postuna Oktay Muxtarov, qadınlardan ibarət yığma komandanın baş məşqçisi postuna isə Sərdar Həsənov təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti