...

Qadın güləşçilərimizin ilk rəqibləri müəyyənləşdi

İdman Materials 10 Aprel 2019 10:00 (UTC +04:00)
Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı davam edir.
Qadın güləşçilərimizin ilk rəqibləri müəyyənləşdi

Bakı. Trend:

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı davam edir.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, yarışın 3-cü günündə qadın güləşçilər mübarizəyə qoşulacaq. Püşkatma nəticəsində yığmamızın 4 üzvünün ilk rəqibləri müəyyənləşib. Maraqlıdır ki, püşk güləşçilərimizi MDB ölkələrinin təmsilçiləri ilə üz-üzə qoyub.

50 kq
1/4 final - Türkan Nəsirova - Oksana Livaç (UKR)

59 kq
1/4 final - Elmira Qəmbərova - Svetlana Lipatova (RUS)

68 kq
Təsnifat - İrina Netreba – Yevgeniya Andreyçikava (BLR)

76 kq
1/8 final – Səbirə Əliyeva – Natalya Lanko (BLR)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti