...

Güləşçilərimiz Olimpiadaya lisenziya xarakterli dünya çempionatına hazırlaşır

İdman Materials 15 Avqust 2019 16:30 (UTC +04:00)
Sentyabrın 14-dən 22-dək Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı keçiriləcək.
Güləşçilərimiz Olimpiadaya lisenziya xarakterli dünya çempionatına hazırlaşır

Bakı. Trend:

Sentyabrın 14-dən 22-dək Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı keçiriləcək.

Trend-in məlumatına görə, ilin ən vacib yarışı Olimpiadaya lisenziya xarakteri daşıyır. Bu üzdən güləşçi yığmalarımız mundiala intensiv şəkildə hazırlığı davam etdirir.

Bu həftə komandalarımız növbəti təlim-məşq toplanışına başlayıb. Yunan-Roma və sərbəst güləş üzrə millilərimiz avqustun 12-dən Göygöl Olimpiya İdman Kompleksində növbəti hazırlığa start verib. Bu toplanışda Qırğızıstanın yunan-Roma güləşi üzrə yığması da iştirak edir. Qadınlarımız isə bu gündən Türkiyə toplanışına başlayıb. Komandamız Türkiyə yığmasıyla birgə Sarıyer şəhərində hazırlıq keçir.

Qeyd edək ki, sərbəst və qadın güləşçilərimizin toplanışı avqustun 24-dək, yunan-Roma güləşçilərimizin hazırlıq prosesi isə ayın 30-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti