...

Üç güləşçimiz dünya çempionatının 1/4 finalında (FOTO)

İdman Materials 21 Sentyabr 2019 12:48 (UTC +04:00)
Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatı sona yaxınlaşır.
Üç güləşçimiz dünya çempionatının 1/4 finalında (FOTO)

Bakı. Trend:

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatı sona yaxınlaşır.

Trend-in məlumatına görə, səkkizinci yarış günündə sərbəst güləş üzrə 61, 79, 86 və 97 kq-da mübarizəyə start verilib.

Mübarizəyə 1/8 finaldan qoşulan Əhmədnəbi Qvarzatilov sensasiyaya imza ataraq kubalı dünya çempionuna qalib gəlib və 1/4 finala yüksəlib.

Cəbrayıl Həsənov da mundiala 1/8 finaldan start verib. Yığmamızın kapitanı Ukrayna güləşçisini yenərək 1/4 finala adlayıb.

Aleksandr Qostiyev ilk görüşdə Özbəkistan idmançısına məğlub olub.

Şərif Şərifov təsnifat mərhələsində Koreya güləşçisini üstələyib. Olimpiya, dünya və Avropa çempionumuz Ukrayna güləşçisinə də gücünü göstərərək adını 1/4 finala yazdırıb.

Güləşçilərimizin yarış cədvəli belədir:

61 kq

1/8 final - Əhmədnəbi Qvarzatilov - Yovlis Bonne Rodriger (CUB) 7:0
1/4 final - Əhmədnəbi Qvarzatilov

79 kq
1/8 final - Cəbrayıl Həsənov - Dmitri Tkaçenko (UKR) 7:0

86 kq
Təsnifat - Aleksandr Qostiyev - Cavrail Şapiyev (UZB) 1:4

97 kq
Təsnifat - Şərif Şərifov - Minvon Seo (KOR) 11:4
1/8 final - Şərif Şərifov - Valeri Andreytsov (UKR) 4:0
1/4 final - Şərif Şərifov - Elizbar Odikadze (GEO)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti