...

UEFA Azərbaycanda oyunlara aid qərar verib

İdman Materials 21 Oktyabr 2020 01:12 (UTC +04:00)
UEFA Azərbaycanda oyunlara aid qərar verib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Dağlıq Qarabağdakı hərbi əməliyyatlar səbəbindən Azərbaycanda və Ermənistanda UEFA bayrağı altında oyunların keçirilməsinə qadağa qoyub.

Trend-in məlumatəna görə, bu barədə təşkilatın rəsmi saytına xəbər verilir.

Bildirilir ki, hər iki ölkənin futbol federsiyaları meydançalarında keçiriləcək oyunları üçün alternativ stadionlar təklif etməlidirlər. Bu addım atılarkən vəziyyəti təhlil edən UEFA Avropa Liqasının pley-off matçları və Millətlər Liqasının ilk iki turundakı görüşlərin yerinin dəyişdirilməsini də nəzərə alıb. Bu qadağa növbəti qərar verilənədək qüvvədə olacaq.

Eyni zamanda UEFA-nın bu qərarı AVRO-2020-nin gələn ilin yayında baş tutacaq final mərhələsi oyunlarının Bakıda keçirilməsinin planlaşdırılmasına təsir etmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti