...

“The FTX Crypto Cup”: Teymur Rəcəbovun dünya çempionu ilə qarşılaşması heç-heçə başa çatıb

İdman Materials 28 May 2021 23:42 (UTC +04:00)
“The FTX Crypto Cup”: Teymur Rəcəbovun dünya çempionu ilə qarşılaşması heç-heçə başa çatıb

Bakı. Trend:

Mayın 28-də norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının “The FTX Crypto Cup” turnirinin yarımfinal mərhələsi start götürüb.

Trend-in məlumatına görə, bu gün şahmatçılar yarımfinalın dörd partiyadan ibarət birinci dövrəsində üz-üzə gəliblər. Azərbaycan şahmatçısı Teymur Rəcəbov yarımfinalda Maqnus Karlsen ilə mübarizə aparıb. Qarşılaşma heç-heçə ilə başa çatıb.

Digər yarımfinal oyununda isə Rusiya təmsilçisi Yan Nepomnyaşi ABŞ şahmatçısı Uesli Soya məğlub olub.

“The FTX Crypto Cup” turnirinin mükafat fondu 220 min ABŞ dolları məbləğində pul mükafatı və 100 min dollar dəyərində “bitcoin” olacaq.

“Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarətdir. Sentyabradək davam edəcək seriyanın ümumi mükafat fondu isə 1,5 milyon dollardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti