...

“The FTX Crypto Cup”: Teymur Rəcəbov Yan Nepomnyaşi ilə heç-heçə edib

İdman Materials 31 May 2021 01:22 (UTC +04:00)
“The FTX Crypto Cup”: Teymur Rəcəbov Yan Nepomnyaşi ilə heç-heçə edib

Bak;/ Trend:

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının “The FTX Crypto Cup” turnirində final mərhələsinin birinci dövrəsinin oyunları keçirilib.

Trend xəbər verir ki, bu mərhələnin dörd partiyadan ibarət birinci dövrəsində Azərbaycan şahmatçısı Teymur Rəcəbov 3-cü yer uğrunda rusiyalı Yan Nepomnyaşi ilə görüşüb. Qarşılaşma heç-heçə ilə başa çatıb.

Turnirin qalibi adı uğrunda M.Karlsenin ABŞ şahmatçısı Uesli So ilə görüşü də heç-heçə ilə başa çatıb.

“The FTX Crypto Cup” turnirinin mükafat fondunu 220 min ABŞ dolları məbləğində pul mükafatı və 100 min dollar dəyərində “bitcoin” təşkil edir.

“Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarətdir. Sentyabradək davam edəcək seriyanın ümumi mükafat fondu isə 1,5 milyon dollardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti