...

“Grand Chess Tour”da şahmatçılarımızın birinci qarşılaşmaları heç-heçə ilə başa çatıb

İdman Materials 6 İyun 2021 03:43 (UTC +04:00)
“Grand Chess Tour”da şahmatçılarımızın birinci qarşılaşmaları heç-heçə ilə başa çatıb

Bakı. Trend:

Dünyanın elit şahmatçılarının mübarizə apardıqları “Grand Chess Tour” şahmat seriyasının birinci mərhələsi start götürüb.

Trend xəbər verir ki, Rumıniyada keçirilən turnirdə Azərbaycanı Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil edirlər. Doqquz turdan ibarət olan turnirin birinci turunda şahmatçılarımızın hər ikisinin ABŞ təmsilçiləri - Ş.Məmmədyarovun Uesli So, T.Rəcəbovun Fabiano Karuana ilə qarşılaşmaları heç-heçə ilə başa çatıb. Turun digər oyunları - rusiyalı Aleksandr Qrişuk fransalı Maksim Vaşye-Laqrav, yerli idmançılar Boqdan-Daniel Dyak niderlandlı Aniş Giri, Konstantin Lupulesku ermənistanlı Levon Aronyan qarşılaşmaları da heç-heçə ilə başa çatıb.

Seriya ümumilikdə beş mərhələdən və böyük finaldan ibarət olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti