...

Şahmatçılarımız “Champions Chess Tour”da ilk qələbələrini qazanıblar

İdman Materials 29 Sentyabr 2021 02:47 (UTC +04:00)
Şahmatçılarımız “Champions Chess Tour”da ilk qələbələrini qazanıblar

Bakı. Trend:

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour”un final mərhələsinin dördüncü turunun oyunları keçirilib.

Trend-in məlumatına görə, yarışda Azərbaycanı qrossmeysterlərimiz Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil edirlər. Dördüncü turda Ş.Məmmədyarov fransalı Maksim Vaşe-Laqrava, T.Rəcəbov polşalı Yan-Kşiştov Dudaya 2,5:1,5 hesabı ilə qalib gəliblər.

Qeyd edək ki, şahmatçılarımız bundan əvvəlki 3 turda məğlub olublar.

Xatırladaq ki, hər matçda rapid üzrə dörd partiya oynanılır. Qalib müəyyənləşməzsə, blits və Armageddon görüşlərinin oynanılması nəzərdə tutulur.

Turnirin mükafat fondu 100 min ABŞ dollarıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti