Bakı. Trend:
Azərbaycan şahmatçısı Teymur Rəcəbov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour”un final mərhələsində ikinci yeri tutub.
Trend xəbər verir ki, bu gün keçirilən doqquzuncu turda Teymur Rəcəbov Fransa təmsilçisi Maksim Vaşe-Laqrava qalib gəlib. Turnirin yekun nəticələrinə görə, T.Rəcəbov ikinci pillədə qərarlaşıb. Digər qrossmeysterimiz Şəhriyar Məmmədyarov ermənistanlı Levon Aronyana məğlub olub. Ş.Məmmədyarov isə turnirin yekununda sonuncu olub. Yarışın qalibi Maqnus Karlsen olub.