...

“Norway Chess”: Şəhriyar Məmmədyarov Aniş Giriyə qalib gəlib

İdman Materials 8 İyun 2022 01:37 (UTC +04:00)
“Norway Chess”: Şəhriyar Məmmədyarov Aniş Giriyə qalib gəlib

Bakı. Trend:

Norveçin Stavanger şəhərində “Norway Chess” beynəlxalq şahmat turnirində növbəti turun oyunları keçirilib.

Trend-in məlumatına görə, yeddinci turda Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov niderlandlı Aniş Giriyə qalib gəlib. Bununla da o, xalların sayını 11,5-ə çatdırıb və 10 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb. Teymur Rəcəbov isə Hindistan təmsilçisi Vişvanatan Ananda “armageddon”da uduzub. T.Rəcəbov ümumi nəticələrə görə, 5 xalla sonuncu yerdədir.

“Norway Chess” turniri iyunun 10-dək davam edəcək. Reqlamentə əsasən, qələbəyə görə şahmatçılara üç xal verilir. Heç-heçə olacağı təqdirdə iştirakçılar qalibi “armageddon”da müəyyənləşdirirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti