...

“Grand Chess Tour”: Şəhriyar Məmmədyarov Maqnus Karlseni məğlub edib

İdman Materials 21 İyul 2022 22:53 (UTC +04:00)
“Grand Chess Tour”: Şəhriyar Məmmədyarov Maqnus Karlseni məğlub edib

Bakı. Trend:

Xorvatiyanın Zaqreb şəhərində şahmat üzrə “Grand Chess Tour” seriyasının növbəti turniri keçirilir.

Trend-in məlumatına görə, bu gün turnir çərçivəsində 3 turun oyunları baş tutub. Azərbaycan qrosmeysteri Şəhriyar Məmmədyarov 4-cü turda bolqarıstanlı Veselin Topalovla heç-heçə etsə də, hazırkı dünya çempionu, niderlandlı Maqnus Karlsenlə qarşılaşmasını qələbə ilə başa vurub. Günün son oyununda isə şahmatçımız Fransanı təmsil edən Alireza Firuzcaya uduzub.

Qeyd edək ki, Ş.Məmmədyarov ötən turların nəticəsinə görə 6 xalla 6-cı yerdə qərarlaşıb.

Turnir iyulun 25-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti