...

Yunan-Roma güləşçimiz dünya çempionu olub

İdman Materials 20 Avqust 2022 22:27 (UTC +04:00)
Yunan-Roma güləşçimiz dünya çempionu olub

Bakı. Trend:

Yunan-Roma güləşçimiz Nihad Quluzadə (55 kq) U-20 dünya çempionatının qalibi olub.

Trend xəbər verir ki, Bolqarıstanın paytaxtı Sofiyada keçirilən mundialda təmsilçimiz final görüşündə rumıniyalı Denis Mihayanı 6:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, bu gün təmsilçilərimizdən Laçın Vəliyev (87 kq) yarımfinalda çıxış edəcək. Onun rəqibi iranlı Əbülfəzl Əli Çobani olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti