...

Çimərlik güləşçimiz dünya çempionu olub

İdman Materials 2 Sentyabr 2022 22:56 (UTC +04:00)
Çimərlik güləşçimiz dünya çempionu olub

Bakı. Trend:

Rumıniyanın Konstantsa şəhərində keçirilən çimərlik güləşi üzrə U-20 dünya çempionatında Azərbaycan idmançısı Fərid Cabbarov (90 kq)qızıl medal qazanıb.

Trend xəbər verir ki, digər təmsilçimiz Zəfər Əliyev (+90 kq) finalda uduzaraq gümüş medalla kifayətlənib, Rübail İbrahimli (70 kq) bürünc mükafat qazanıb. Yalnız Fərid Yusifov (80 kq) medalsız qalıb.

Bu nəticə ilə Azərbaycan meydan sahibi Rumıniyadan (95 xal) sonra ikinci olub. Azərbaycan millisi 68 xal qazanıb.

Qeyd edək ki, daha əvvəl Hüseyn Sevdimov (50 kq), Ziya Göyüşov (60 kq), Vüsal Əliyev (70 kq) və Anar Cəfərlidən (80 kq) ibarət Azərbaycanın çimərlik güləşi üzrə U-17 millisi eyni məkanda həm fərdi yarışda, həm də komanda hesabında dünya çempionu olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti