Bakı. Trend:
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turnirinin yarımfinal mərhələsinə yüksəlib.
Trend-in məlumatına görə, qrosmeyster dörddəbir final mərhələsində Özbəkistan təmsilçisi Nodirbek Abdusattorovla üz-üzə gəlib. Rəqibini 2,5:1,5 hesabı ilə məğlub edən Ş.Məmmədyarov yarımfinala adlayıb.
O, finala gedən yolda Dommaraju Qukeş (Hindistan) - Riçard Rapport (Macarıstan) cütünün qalibi ilə qarşılaşacaq.
Digər yarımfinal görüşü isə norveçli dünya çempionu Maqnus Karlsenlə polşalı Yan Kşiştof-Duda arasında olacaq.