...

“Aimchess Rapid”: Şəhriyar Məmmədyarov turniri ikinci pillədə başa vurub

İdman Materials 22 Oktyabr 2022 00:43 (UTC +04:00)
“Aimchess Rapid”: Şəhriyar Məmmədyarov turniri ikinci pillədə başa vurub

Bakı. Trend:

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turnirində ikinci final görüşünü keçirib.

Trend-in məlumatına görə, 37 yaşlı qrossmeyster növbəti dəfə polşalı Yan Kşiştof-Duda ilə üz-üzə gəlib.

Məmmədyarov ikinci dueldən 2,5:0,5 hesabı ilə qalib ayrılsa da, tay-brekdə rəqibi ilə bacarmayıb - 0:1. Nəticədə Azərbaycan təmsilçisi turniri ikinci pillədə başa vurub.

Qeyd edək ki, tərəflər arasındakı ilk final görüşü dünən keçirilib və Şəhriyar Məmmədyarov 1:3 hesabı ilə məğlub olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti