...

Bakıda şahmat üzrə dünya kuboku - Azərbaycan qrossmeysterlərinin tay-breyki keçiriləcək

İdman Materials 4 Avqust 2023 15:41 (UTC +04:00)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Şahmat üzrə Dünya Kubokunda ikinci raundun tay-breyk matçları keçiriləcək.

Trend xəbər verir ki, tay-breyklərdə ikinci raundda rəqibləri ilə iki klassik partiyanı heç-heçə ilə başa vurmuş beş azərbaycanlı şahmatçı - Eltac Səfərli, Nicat Abbasov, Rauf Məmmədov, Abdulla Qədimbəyli və Qədir Hüseynov iştirak edəcək.

Qeyd edək ki, ikinci raundun iki partiyasının nəticələrinə görə, üçüncü raunda iki azərbaycanlı qrossmeyster - Teymur Rəcəbov və Ülviyyə Fətəliyeva keçib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti