...

Bakıda Dünya Kuboku: azərbaycanlı şahmatçı Nicat Abasov dördüncü raundun birinci partiyasına başlayıb

İdman Materials 9 Avqust 2023 20:29 (UTC +04:00)
Bakıda Dünya Kuboku: azərbaycanlı şahmatçı Nicat Abasov dördüncü raundun birinci partiyasına başlayıb
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Avqustun 9-da Bakıda keçirilən Dünya Kubokunda dördüncü raund (kişilər arasında 1/16 final, qadınlar arasında isə 1/8 final) başlayıb.

Trend çərşənbə günü xəbər verir ki, azərbaycanlı şahmatçı Nicat Abasov dördüncü raunda çıxıb.

Abasovun dördüncü raunddakı rəqibi Peter Svidlerdir (FIDE).

Azərbaycanlı şahmatçı dördüncü raundun birinci klassik partiyasını qara fiqurlarla oynayır, sabah ikinci partiyanı isə ağ fiqurlarla oynayacaq.

Xatırladaq ki, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Bakıda keçirilən Şahmat üzrə Dünya Kubokunun start siyahısında açıq bölmədə 206, qadınlar bölməsində isə 103 şahmatçı yer alıb. Şahmat üzrə Dünya Kuboku Azərbaycanda ikinci dəfədir keçirilir. İlk dəfə olaraq, 2024-ci il kişi namizədlər turniri və qadın namizədlər turnirində həm açıq, həm də qadın bölmələrindən ən yaxşı üç oyunçu iştirak edəcək.

FIDE Dünya Kuboku 2023 oyunları yarışın rəsmi saytında Azərbaycan və ingilis dillərində yayımlanır. Müsabiqə avqustun 25-dək davam edəcək. Kubokun mükafat fondu 2,5 milyon dollar müəyyən edilib.

FIDE Dünya Kuboku Bakı şəhərində yerləşən "Marriott Boulevard" otelində keçirilir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti