...

Azərbaycan daima şahmat iyerarxiyasında görkəmli yer tutub - Vladimir Çuçelov

İdman Materials 10 Avqust 2023 09:42 (UTC +04:00)
Azərbaycan daima şahmat iyerarxiyasında görkəmli yer tutub - Vladimir Çuçelov
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan daima şahmat ierarxiyasında görkəmli yer tutub, həm Avropa səviyyəsində, həm də olimpiadalarda və digər turnirlərdə olduqca çox qələbə qazanıb.

Bu barədə Trend-ə belçikalı qrossmeyster, 2014-cü ildə Beynəlxalq Şahmat Federasiyası (FİDE) tərəfindən ilin ən yaxşı məşqçisi seçilmiş şahmat üzrə məşqçi Vladimir Çuçelov Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun kuluarlarında deyib.

"Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov heç bir əlavə komplimentə ehtiyacı olmayan məşhur oyunçulardır. Anladığım qədərilə, Azərbaycanda gənc oyunçularla iş aparılır, yeni adları izləyəcəyik. Lakin şahmatda bu həmişə ləng prosesdir və çox vaxt alır. Tamamilə əminəm ki, Azərbaycan həmişə şahmatda görkəmli yer tutacaq", - o deyib.

Vladimir Çuçelovun sözlərinə görə, turnir, adətən, gərgin, bütünlüklə mübarizədə keçir.

"Favoritlərin bir çoxu artıq turniri tərk edib və burada son ana qədər hər şey anlaşılmazdır. Dünya Kuboku üçün bu xarakterikdir, çünki burada cəmi iki klassik oyun var, sonra rapid və blitslə davam edir, hər şey ola bilər... Demək olar ki, Dünya Kubokunda iştirak edən bütün oyunçular kifayət qədər güclü şahmatçılardır. Gənc oyunçular çoxdur, ola bilsin, onlar hələ o qədər məşhur deyillər, lakin onların hansı formada olmaları mühüm əhəmiyyət kəsb edir", - deyə o əlavə edib.

Xatırladaq ki, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Bakıda keçirilən Şahmat üzrə Dünya Kubokunun start siyahısında açıq bölmədə 206, qadınlar bölməsində isə 103 şahmatçı yer alıb. Şahmat üzrə Dünya Kuboku Azərbaycanda ikinci dəfədir keçirilir. İlk dəfə olaraq, 2024-ci il kişi namizədlər turniri və qadın namizədlər turnirində həm açıq, həm də qadın bölmələrindən ən yaxşı üç oyunçu iştirak edəcək.

FİDE Dünya Kuboku 2023 oyunları yarışın rəsmi saytında Azərbaycan və ingilis dillərində yayımlanır. Müsabiqə avqustun 25-dək davam edəcək. Kubokun mükafat fondu 2,5 milyon dollar müəyyən edilib.

FİDE Dünya Kuboku Bakı şəhərində yerləşən "Marriott Boulevard" hotelində keçirilir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti