...

Teymur Rəcəbov blits üzrə mübarizənin ilk günündə uğursuz çıxış edib

İdman Materials 8 Sentyabr 2023 18:18 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Hindistanın Kəlküttə şəhərində təşkil olunan “Tata Steel Chess” turnirində blits üzrə mübarizənin ilk günündə uğursuz çıxış edib.

Trend xəbər verir ki, 36 yaşlı qrossmeyster keçirdiyi 9 oyunun 1-də qələbə qazanıb, 2-də heç-heşə edib, 6-da isə uduzub.

Beləliklə, Rəcəbov ilk günü 2 xalla sonuncu pillədə başa vurub. Blitsdə mükafatçıların siyahısı sabah müəyyənləşəcək.

Qeyd edək ki, milli komandanın üzvü rapid üzrə mübarizəni 5,5 xalla ikinci başa vurmuşdu. Yarışda Teymur Rəcəbov ilə yanaşı, Maksim Vaşye-Laqrav (Fransa), Aleksandr Qrişuk (Rusiya), Nodirbek Abdusattorov (Özbəkistan), Santoş Vidit, Pentala Harikrişna, Rameşbabu Praqqnanandha, Arcun Eriqaysi, Dommaracu Qukeş (hamısı Hindistan) və Vinsent Kaymer (Almaniya) mübarizə aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti