...

Teymur Rəcəbov sürətli şahmat üzrə III Beynəlxalq turnirdə iştirak edəcək (FOTO)

İdman Materials 11 Noyabr 2023 01:37 (UTC +04:00)
Teymur Rəcəbov sürətli şahmat üzrə III Beynəlxalq turnirdə iştirak edəcək (FOTO)

Bakı. Trend:

Bu il dekabrın 14-19-da Moskvada "Şahmat ulduzları 3.0" sürətli şahmat üzrə III Beynəlxalq turnir keçiriləcək. Turnirin ümumi mükafat fondu 15 milyon rubl (təxminən 300 min AZN) olacaq.

Trend-in məlumatına görə, turnirin təşkilatçıları – "Yeni şahmat" və “Agalarov Development” şirkətləri intellektual idmanı dəstəkləməyi və gənc nəsillə işləməyi ən vacib vəzifə hesab edirlər.

"Mən şadam ki, biz şahmat kimi intellektual idman növünü populyarlaşdırırıq. Təkcə tanınmış qrosmeysterləri deyil, əsasən də yeni şahmat ulduzları olacaq gənc enerjili idmançıları dəstəkləyən “Agalarov Development” şirkəti üçün bu hadisə dərin məna daşıyır", - deyə “Agalarov Development” şirkətinin prezidenti Emin Ağalarov bildirib.

Turnirin iştirakçıları müxtəlif ölkələrdən görkəmli qrosmeysterlər, o cümlədən azərbaycanlı Teymur Rəcəbovdur. İştirakçılar arasında, həmçinin Sergey Karyakin, Aleksander Grişşuk, Fransisko Valyexo, Vladislav Artemyev, Yevgeny Tomaşevski, Ernesto İnarkiyev, Raunak Sadhvani, Aleksandra Goryaçkina və Yekaterina Lagno da var.

"Şahmat ulduzları" layihəsi çərçivəsində gənc nəsil şahmatçılarla işə və gələcək şahmat ulduzlarına dəstəyə xüsusi diqqət yetirilir. Rus Şahmat Məktəbi ilə birlikdə ТРК VEGAS şəbəkəsində 15 yaşdan kiçik uşaqlar üçün bir sıra seçmə turnirlər təşkil edilib.

Cəmi bir neçə il ərzində "Şahmat ulduzları" turniri ən möhtəşəm və uğurlu beynəlxalq şahmat yarışlarından birinə çevrilib. Turnir üçüncü dəfə parlaq dünya şahmatçılarını bir meydançada toplayaraq təcrübəsiz idmançılara özlərini tanıtmaq imkanı verir. Turnirin baş hakimi Artyom Axmetovdur.

Turnirin təntənəli açılışı dekabrın 13-də rəsmi püşkatmanın keçiriləcəyi Lesnoy restoranında reallaşacaq. İdmançıların yarışlarına dekabrın 14-də start veriləcək.

Hər oyun günündə ilk hərəkəti etmək üçün ənənəvi olaraq turnirə şou-biznes ulduzları, aktyorlar, fikir liderləri qoşulacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti