...

Şəhriyar Məmmədyarov "Masters" turnirinə heç-heçə ilə başlayıb

İdman Materials 6 İyun 2024 23:31 (UTC +04:00)
Şəhriyar Məmmədyarov "Masters" turnirinə heç-heçə ilə başlayıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Daşkənddə şahmat üzrə "Masters" turniri start götürüb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Şəhriyar Məmmədyarov ilk görüşdə heç-heçəyə imza atıb.

10 şahmatçının iştirak etdiyi yarışın 1-ci turunda Məmmədyarov hindistanlı Vidiş Santoş Qujarati ilə qarşılaşıb. Tərəflər yarım xala razı olublar.

Açılış turunu qələbə ilə Aleksey Sarana və Nodirbek Abdusattorov lider mövqeyində qərarlaşıb.

Qeyd edək ki, turnir 9 turdan ibarət olacaq.

1-ci tur
Vidiş Santoş Qujarati (Hindistan) – Şəhriyar Məmmədyarov – 0,5:0,5
Aleksandr Qrişuk (FİDE) – Aleksey Sarana (Serbiya) – 0:1
Rixard Rapport (Macarıstan) – Nodirbek Yakubboyev (Özbəkistan) – 0,5:0,5
Yu Yanqyi (Çin) – Javoxir Sindarov (Özbəkistan) – 0,5:0,5
Nodirbek Abdusattorov (Özbəkistan) – Parham Maqsudlu (İran) – 1:0

Məqalədə:
Xəbər lenti

Xəbər lenti