...

Azərbaycanlı qrossmeyster heç-heçələri sıralayır

İdman Materials 14 İyun 2024 04:17 (UTC +04:00)
Azərbaycanlı qrossmeyster heç-heçələri sıralayır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Daşkənddə şahmat üzrə "Masters" turniri davam edir.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov 8-ci turu yarım xalla başa vurub.

Həmyerlimiz çinli Yu Yanqyi ilə heç-heçə oynayıb. 8 turdan sonra 3,5 xal toplayan Məmmədyarov 7-8-ci yerləri bölüşür.
Lider mövqeyində qərarlaşan Nodirbek Yakubboyev və Nodirbek Abdusattarov 5 xal toplayıb.

Sabah keçiriləcək son turda Şəhriyar macar Rixard Rapportla qarşılaşacaq.

8-ci tur
Yu Yanqyi (Çin) – Şəhriyar Məmmədyarov – 0,5:0,5
Vidiş Santoş Qujarati (Hindistan) – Nodirbek Abdusattarov (Özbəkistan) – 0,5:0,5
Aleksandr Qrişuk (FİDE) – Nodirbek Yakubboyev (Özbəkistan) – 0,5:0,5
Aleksey Sarana (Serbiya) – Javoxir Sindarov (Özbəkistan) – 1:0
Rixard Rapport (Macarıstan) – Parham Maqsudlu (İran) – 0,5:0,5

Məqalədə:
Xəbər lenti

Xəbər lenti