...

Silahlı Qüvvələr Günümüzdə ermənilərə qalib gəlmək ikiqat bayram oldu - Taleh İsrafilov

İdman Materials 27 İyun 2024 16:54 (UTC +04:00)

Bakı. Trend:

Bu yarış bizim üçün çox yaddaqalan oldu.

Trend xəbər verir ki, bunu İdman.biz-ə Azərbaycanın yunan-Roma güləşi üzrə U-17 millisinin baş məşqçisi Taleh İsrafilov deyib.

O, Serbiyada təşkil olunan Avropa çempionatında iştirak edən komandasının çıxışını dəyərləndirib. İsrafilov bildirib ki, yarış yüksək səviyyədə keçib: “Yalnız uşaqların qidalanması ilə bağlı problem yaşadıq. Qalan heç bir baxımdan narahatlıq olmadı. Silahlı Qüvvələr Günümüzdə gənclərimizin nəticəsi bizə ikiqat bayram oldu. 2 finalda 2 erməniyə qalib gəlib fəxri kürsünün ən yüksək pilləsinə qalxdıq. Komanda hesabında da birinci olduq. Ermənistan yığması isə bu yarışı ikinci yerdə bitirdi. Yarışdan öncə də komandama güvənirdim. Çünki yaxşı məşqlər keçmişdik və bu yarışlara hazırlaşırdıq. Hər biri öz nəticəsi ilə məni qane etdi. Onlara inanırdım ki, əziyyətimizi yerdə qoymayacaqlar. Sevindirici haldır ki, belə də oldu”.

Onun sözlərinə görə, artıq komanda hesabında üçüncü dəfə Avropa çempionu olmaları onları daha da qürurlandırır: “Bu nəticə insana yalnız fəxr hissi bəxş edir. Düşünürəm ki, növbəti yarışlarda da yığmamız belə çıxış edərək bizi sevindirəcək. Vətənə geri döndükdən sonra qarşıdakı planlar barədə rəhbərliklə müzakirələr edəcəyik. Daha sonra qarşıdakı işlərimizi planlayıb yenidən yolumuza baxacağıq”.

Qeyd edək ki, Novi Sadda Avropa çempionatında 10 güləşçimizdən 9-u medal (3 qızıl, 2 gümüş, 4 bürünc) qazanıb və 183 xalla komanda hesabında hamını qabaqlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti