...

Sudanlı atlet Abubaker Kaki artilleriya hücumunda həlak olub

İdman Materials 14 Aprel 2025 06:25 (UTC +04:00)
Sudanlı atlet Abubaker Kaki artilleriya hücumunda həlak olub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yüngül atletika üzrə 2011-ci il dünya çempionatında 800 metr məsafəyə qaçışda gümüş medal qazanmış Abubaker Kaki Sudanda artilleriya hücumu nəticəsində həyatını itirib.

Trend xəbər verir ki, bu barədə məlumatı “Sudafax” portalı yayıb.

35 yaşlı atlet iki dəfə – 2008 və 2010-cu illərdə – qapalı məkanda keçirilən dünya çempionatlarının qalibi olub. O, 2008-ci ildə 18 yaşında dünya çempionu olaraq turnirin tarixində ən gənc qalib adını qazanıb.

Abubaker Kaki həmçinin 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının açılış mərasimində Sudan komandasının bayraqdarı kimi çıxış edib.

Xəbər lenti

Xəbər lenti