...

"AtaSığorta"nın filial və nümayəndəliyi fəaliyyətə başlayıb

İqtisadiyyat Materials 4 İyul 2017 14:39 (UTC +04:00)
“AtaSığorta” ASC-nin “Xətai” filialı və “Bayıl” nümayəndəliyi fəaliyyətə başlayıb.
"AtaSığorta"nın filial və nümayəndəliyi fəaliyyətə başlayıb

Bakı. Trend:

“AtaSığorta” ASC-nin “Xətai” filialı və “Bayıl” nümayəndəliyi fəaliyyətə başlayıb.

Bu barədə Trend-ə ASC-dən məlumat verilib.

“AtaSığorta” ASC sığorta xidmətlərinə tələbatın artmasını nəzərə alaraq müştərilərinə daha operativ və keyfiyyətli sığorta xidmətləri göstərmək məqsədi ilə yeni “Xətai” filialını və “Bayıl” nümayəndəliyini istifadəyə vermişdir. Yeni açılmış “Xətai” filialı Bakı şəhəri, Nərimanov rayonu, Ak. Həsən Əliyev küçəsi 105, “Bayıl” nümayəndəliyi isə Bakı şəhəri, Səbail rayonu, Ə.Yaqubov küçəsi 18 ünvanında fəaliyyət göstərməyə başlayıb.

Rahat və geniş binalar tam təmir edilib, müasir texnoloji avadanlıqlarla təmin edilmiş və müştəriləri qəbul etməyə tam hazır vəziyyətə gətirilib. Filial və nümayəndəliyin rahat ünvanda yerləşməsi, ofisdə yaradılmış gözəl şərait müştərilərin rahatlığına və məmnunluğuna xidmət edəcək.

“AtaHolding” şirkətlər qrupuna daxil olan “AtaSığorta” 2004-cü ildən sığorta sektorunda fəaliyyət göstərir. Şirkət 35 milyon manata yaxın aktivlərə malik olmaqla 28 sığorta növü - 24 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərə xidmətlər göstərir. AtaSığorta həmçinin təkrarsığorta fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malikdir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. Bütövlükdə, “AtaSığorta” ASC-nin xidmət şəbəkəsinə 40-dan artıq filial, nümayəndəlik və ofislər daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti