...

“Ernst & Young” - Beynəlxalq audit şirkəti “Meqa Sığorta” ASC-nin maliyyə hesabatlarına İFRS standartları üzrə müsbət rəy verdi

İqtisadiyyat Materials 17 İyul 2017 12:14 (UTC +04:00)

Bakı. Trend:

"Ernst & Young" - Beynəlxalq audit şirkəti "Meqa Sığorta" ASC-nin maliyyə hesabatlarına İFRS standartları müsbət rəy verib.

ASC-dən Trend-ə verilən məlumata görə, Azərbaycanın sığorta bazarının liderlərindən biri olan “Meqa Sığorta” ASC növbəti uğura imza atıb. Beləki verilən məlumata əsasən şirkət, Beynəlxalq Maliyyə Hesabatları Standardlarına (İFRS) uyğun hesabatların auditini müvəffəqiyyətlə tamamlayıb.

Dünyanın ən nüfuzlu beynəlxalq audit şirkətlərindən biri hesab edilən “Ernst & Young” şirkəti “Meqa Sığorta” ASC-nin 31 dekabr 2016-cı il üzrə Beynəlxalq Maliyyə Hesabatları Standardlarına uyğun hazırlanmış hesabatlarına müsbət rəy vermiş və həmin rəydə maliyyə hesabatlarının bütün mühüm aspektlər üzrə düzgün tərtib edilməsi qeyd edilib.

Maliyyə Hesabatlarının Beynəlxalq Standartlar üzrə hazırlanması və istifadəçilərə təqdim edilməsi şirkət üzrə bütün əməliyyatların tam şəffaf və transparant aparıldığını bir daha təsdiq edir.

Bundan əlavə Beynəlxalq Maliyyə Hesabatları Standardlarının tətbiqi, şirkətin səhmdarları, müştəriləri, həmçinin yerli və xarici sığorta və təkrarsığorta partnyorları üçün əhəmiyyətli sayılaraq, onun mövcud maliyyə vəziyyəti və fəaliyyəti haqqında məlumatların dəqiq, dürüst və şəffaf çatdırılmasını təmin edir və şirkətin gələcəkdə beynəlxalq kapital bazarlarına çıxışı üçün geniş imkanlar yaradır.

Xatırladırıq ki, “Meqa Sığorta” ASC öz fəaliyyətinə 01.10.2010-cu il tarixində başlamış, daima peşəkar və etibarlı tərəfdaş olmaqla müştərilərinə qayğısız və arxayın həyat təmin etməyi özünə başlıca məqsəd seçib. Şirkət həm fiziki həm də hüquqi şəxslərə təqdim olunan 30 könüllü və 3 icbari sığorta növü üzrə, 15 filial və nümayəndəliklər vasitəsilə Bakıda və Azərbaycanın digər bölgələrində sığorta xidmətləri göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti