...

"AtaSığorta"nın rəhbərliyində yeni təyinat olub

İqtisadiyyat Materials 26 Oktyabr 2017 10:12 (UTC +04:00)
“AtaSığorta” ASC-nin rəhbərliyində yeni təyinat olub.
"AtaSığorta"nın rəhbərliyində yeni təyinat olub

Bakı. Trend:

“AtaSığorta” ASC-nin rəhbərliyində yeni təyinat olub.

ASC-dən Trend-ə verilən məlumata görə, Rəşad Əliyev şirkətin Direktorlar Şurasına müstəqil üzv qəbul edilib.

Qeyd edək ki, bununla da “AtaSığorta”nın Direktorlar Şurasında təmsil olunan şəxslərin sayı 3-ə çatıb. Hazırda Direktorlar Şurasının sədri Adıgözəl Ağayev, Direktorlar Şuraşının üzvü isə Rəşad Rəsulludur.

Xatırladaq ki, “AtaSığorta” 2004-cü ildən fəaliyyət göstərir, "AtaHolding" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 12,4 mln. manatdır. Şirkətin səhmləri 100% adı çəkilən holdinqə məxsusdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti