...

"AtaSığorta" qanvermə aksiyası keçirib

İqtisadiyyat Materials 31 Oktyabr 2017 11:28 (UTC +04:00)
“AtaSığorta” ASC qanvermə aksiyası keçirib.
"AtaSığorta" qanvermə aksiyası keçirib

Bakı. Trend:

“AtaSığorta” ASC qanvermə aksiyası keçirib.

Bu barədə Trend-ə ASC-dən məlumat verilib.

Ölkədə talassemiyalı və digər qan qrupu xəstələrinin donor qanına böyük ehtiyacı var. “AtaSığorta” ASC donor qanına olan ehtiyacın təmin edilməsi məqsədilə Azərbaycan Talassemiya Federasiyası ilə birlikdə qanvermə aksiyası keçirib. Qanvermə aksiyası Zərifə Əliyeva küçəsi ünvanında yerləşən “AtaSığorta” ASC-nin baş ofisində təşkil olunub.

“AtaSığorta” ASC, “Synergy Qroup” ASC və bir sıra şirkətlərin əməkdaşları yüksək həvəslə iştirak edərək, qana ehtiyacı olan insanların köməyinə çatmaq üçün bu nəcib və humanist xarakterli aksiyaya qoşulublar.

“AtaHolding” şirkətlər qrupuna daxil olan “AtaSığorta” ASC 2004-cü ildən fəaliyyət göstərir. Şirkət 12,4 milyon manat nizamnamə kapitalına malik olmaqla, 28 sığorta növü - 24 könüllü növ və 4 icbari sığorta növü üzrə müştərilərə xidmətlər göstərir. Həmçinin, təkrarsığorta fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malikdir. İcbari sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. Bütövlükdə, “AtaSığorta” ASC-nin xidmət şəbəkəsinə satışlar üzrə 95 filial, nümayəndəlik və satış üzrə ofislər daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti