Sığorta sektorundakı islahatlarla "AtaSığorta" dinamik inkişafını davam etdirir (MÜSAHİBƏ)

Sığorta sektorundakı islahatlarla "AtaSığorta" dinamik inkişafını davam etdirir (MÜSAHİBƏ)

Bakı. Ənvər Məmmədov - Trend:

“AtaSığorta” şirkətinin idarə heyətinin sədr müavini Qoşqar Həsənovun Trend-ə müsahibəsi.

- Qoşqar müəllim, bir sıra sığorta şirkətlərindən fərqli olaraq “AtaSığorta”nın yığımları bu il artmaqda davam edir. Bu, nə ilə bağlıdır?

- 2017-ci ilin 10 ayının sığorta sektoru üzrə statistikası açıqlanmadığı üçün 9 ayın rəqəmlərini paylaşmaq istərdim. Qeyd olunan dövrdə sığorta sektoru üzrə hesablanmış sığorta və təkrarsığorta haqları 414,4 mln. manat olub. Bu göstərici 2016-cı ilin eyni dövrü ilə müqayisədə 6,2% artım deməkdir. Lakin qeyd etmək lazımdır ki, artımın səbəbi həyat sığortası üzrə yığımların 31,1% artmasıdır.

2017-ci ilin 10 ayı ərzində “AtaSığorta” ASC üzrə hesablanmış sığorta və təkrarsığorta haqları 11,1 mln. manat olub. Bu göstərici 2016-cı ilin eyni dövrü ilə müqayisədə 31,9% artım deməkdir. Satışların artmasının əsas səbəbi kimi əhatə dairəsinin genişlənməsini qeyd edə bilərik. Bu ilin ötən dövrü ərzində "AtaSığorta" satışlarını və xidmət nöqtələrinin sayını artırmağa müvəffəq olub. Şirkətimizin inkişaf proqramına uyğun olaraq, bu il ərzində bütün respublikanı əhatə etməklə filial və nümayəndəliklərin sayı 31-ə, satış ofislərinin sayı isə 64-ə çatıb və bu proses davam edir.

Bilirsiniz, insanlar sığorta şirkəti seçəndə imicə, güvənliyə, rahat və keyfiyyətli xidmətin alınmasına diqqət edirlər. Bu xüsusilə, avtomobillərin kasko sığortası, əmlak sığortası, tibbi sığorta və icbari sığortada özünü göstərir. Məsələn, ötən ilə nisbətən bizim tibbi sığorta, icbari sığorta və kasko sığortası üzə portfellərimizdə ciddi artım olub. Bu o deməkdir ki, artıq sığortanı alanlar bundan əvvəl sığorta şirkəti seçəndə ucuz qiymətin ardınca qaçırdısa və keyfiyyətə o qədər də diqqət etmirdisə, artıq onlar güvənli və xidmətə önəm verən şirkətə üz tutmağa başlayıblar.

- Artım icbari sığorta növlərinin hesabınadır?

- Təbii ki, xeyr. Bu artım bir az öncə qeyd etdiyim könüllü və icbari sığorta növlərin payına düşür. Əslində, könüllü sığortanı da iki yerə bölmək olar. Birincisi, adı könüllü olan - yəni daşınan və daşınmaz əmlakın girov sığortası olanlar, ikincisi isə sözün əsl mənasında könüllü olanlardır. Yəni, vətəndaşlar öz əmlaklarını və nəqliyyat vasitələrini və digər sığorta risklərini özləri gəlib sığortalayırlar. Əsl könüllü hissədə artım var. Bu ilbəil müşahidə olunur. Doğrudur, hazırkı iqtisadi vəziyyət və insanların maddi durumu da buna təsir göstərir. Amma son 10 il ərzində burada artım müşahidə olunur. Yəni, könüllü qaydada sığortalıların sayı azalmır. Son illər bütün növ könüllü sığortalarda dinamik artım hiss edilməkdədir.

- Sığorta bazarındakı son vəziyyətə baxmayaraq, 2017-ci ili “AtaSığorta” üçün uğurlu hesab etmək olarmı?

- Bütün nəticələri ümumiləşdirsək, şirkətimiz cari ilin 10 ayını artımla, daha dəqiqi itkisiz başa vurub. Bundan əlavə, “AtaSığorta” 2017-ci ilin oktyabr ayında növbəti 3 il müddətinə “İntertek” şirkəti tərəfindən İSO 9001:2015 Beynəlxalq Keyfiyyət İdarəetməsi Sertifikatı alıb. Bu bizim daha bir uğurumuzdur. Bütün bunlarla bərabər, yenə də var gücümüzlə çalışırıq. Məsələn, bu il 3 yeni sığorta məhsulu hazırlamışıq. “Qoşa Kasko”, “Arxayın mən” və “Sığortalıyam” məhsulları artıq bazara təqdim edilib və hazırda bu məhsullara maraq getdikcə artır.

- Bildiyiniz kimi, sığorta bazarında çalxalanma bəzi şirkətlərin bağlanması, bəzilərinin birləşməsi ilə nəticələndi. Bununla belə digər şirkətlər arasında güclü rəqabət var. “AtaSığorta” bu rəqabətə davam gətirmək üçün nələri planlaşdırır?

- Təbii olaraq, biz də sığorta yığımlarımızın genişlənməsini və xərclərin müəyyən formada optimallaşdırılmasını planlaşdırırıq. Ən azından strategiyamız və qarşımızda duran proqnozlar bunu deməyə imkan verir. Hesab edirik ki, növbəti il də könüllü növlər üzrə ən azı 25-35 % artıma nail ola biləcəyik. Bunun üçün oktyabr ayından yeni məhsulların hazırlanıb sığorta bazarına təqdim olunmasına nail olmuşuq. “Qoşa Kasko”, “Arxayın mən” və “Sığortalıyam” məhsulları müştərilərimizin rahatlığı və istəklərinə uyğun hazırlanıb. Artıq qeyd etdiyim məhsullara Bakı şəhəri və regionlarda olan müştərilərimiz ciddi maraq göstərirlər. Sığorta risklərimizi səmərəli idarə etmək məqsədilə sığorta portfelimizi bir qədər diversifikasiya etmək istəyirik. Həmçinin, xidmətlərimizin keyfiyyətini artırmaqla sığorta bazarında ciddi rəqabət aparan şirkətlərdən biri kimi bütün imkanlarımızdan istifadə etməyə çalışırıq. Şirkətimiz fəaliyyətinin əsas prinsipi kimi fiziki və hüquqi şəxslərə yüksək səviyyəli sığorta xidmətləri göstərməklə, onların təlabatına uyğun yeni məhsulu təqdim etməyi davam etdirməkdir.

- “AtaSığorta” qarşıdakı illərdə genişlənmə planını davam etdirəcəkmi?

- Şirkətimizin strategiyasına uyğun olaraq, bu işlərimizi uğurla davam etdiririk. Müştəri sıxlığı və sığortaya tələb olan ərazilərə, təbii ki, bunun iqtisadi səmərəsini hesablayaraq qənaətə gəlirik ki, müştərilərin və hadisələrin sayını nəzərə alaraq, daha yaxşı xidmət göstərilməsi üçün filial və nümayəndəliklərin açılmasını məqsədə uyğun hesab edirik. Artıq Bakı şəhəri və regionlarda əsasən tam bir şəbəkə qurulub. Ehtiyac yarandıqda bu işlər davam etdirilməlidir.

- Müştərilərin diqqət yetirdiyi əsas məsələ sığorta ödənişinin tez verilməsi və ya avtomobilin operativ şəkildə təmir edilməsidir. "AtaSığorta" hadisələrin tənzimlənməsini necə həyata keçirir?

- Bakı şəhəri və regionlarda hər bir hadisəyə ən qısa zamanda çıxış imkanına malik olan qəza komissarlarımız sığorta hadisələrinin operativ tənzimlənməsi və araşdırılmasını həyata keçirir. Həftənin 7 günü, günün 24 saatı ərzində harada baş verməsindən asılı olmayaraq, bütün hadisələr tənzimlənir. Həmçinin, sığorta hadisəsi nəticəsində baş vermiş zərərlərin qiymətləndirilməsini 1-2 iş günü ərzində yerinə yetiririk. Müəyyən obyektiv səbəblərə görə, bu müddətin uzanması baş verə bilər. Lakin hər bir halda müştəri və zərərçəkənlərin məlumatlandırılması və prosesin qısa müddətdə yekunlaşması üçün əlimizdən gələni edirik. Yekunda bütün məlumatlar proqram təminatı vasitəsilə elektron bazaya daxil olunur və insan amili minimuma endirilir. Sığorta hadisələrinin tənzimlənməsi prosesinin hər bir mərhələsində müştərilərimiz avtomatik olaraq məlumatlandırılır. Bundan əlavə, hər bir filial və nümayəndəliklərimizin bu işin təşkil olunması və texniki cəhətdən tam təchiz olunmasını həyata keçirmişik. Yəni, regionda baş vermiş hadisə ilə əlaqədar vətəndaşların Baş ofisə müraciət etmələrinə ehtiyac yoxdur. Standart hadisələr üzrə ödənişlərin müddəti 1-3 iş gününə tənzimlənir. Bu proseslərin yaxın gələcəkdə daha da optimallaşması üçün işlər aparılır.

- Bu gün sığorta bazarında maliyyə göstəriciləri, müştəri portfeli aşağı olan zəif şirkətlər hələ də qalmaqdadır. Sizcə, bu şirkətlərin bazarı tərk etməsi nəyi dəyişəcək?

- Əslində bu, sığorta sektorunda və maliyyə sahəsində baş verən proseslərlə əlaqədardır. Çünki artıq sığortanın qloballaşması, sığorta fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması və kapitallaşmaya olan tələbin artması rəqabətə davam gətirməyən bəzi şirkətlərin sektordan çıxmasına səbəb olur. Eləcə də bu, özünü korporativ idarə etmənin tətbiqində və xidmət səviyyəsinin yüksəlməsində biruzə verir. Yəni, istənilən məsələdə müəyyən bünövrəsi olan şirkətin şansları daha böyükdür. İnsanlar sığortadan indiyədək necə istifadə edirdilərsə, bundan sonra da edəcəklər. Lakin perspektivdə sağlam sığorta mühitinin yaranmasından təbii olaraq bazarın bütün iştirakçıları, xüsusən də geniş əhali kütləsi faydalanacaq. Sığorta artıq insanların maliyyə-təsərrüfat və şəxsi həyatının ayrılmaz və əvəzolunmaz bir tərkib hissəsinə çevrilməkdədir.

- Son iki ildəki iqtisadi vəziyyət sığortada da zərərliliyi xeyli artırıb. Necə hesab edirsiniz, bu, icbari sığorta tarifləri artmasına təsir edə bilərmi?

- Düşünürəm ki, hazırkı iqtisadi şəraitdə mövcud tariflər məqsədəuyğundur. Amma ümumi baxanda, hesab edirəm ki, sığorta şirkətləri xərclərin optimallaşdırılmasını səmərəli aparmaqla daha çox gəlir əldə edə bilərlər.

- Sığortaçılar növbəti dəfə Baden-Baden şəhərində toplaşmışdılar. Bu beynəlxalq simpoziumda “AtaSığorta” üçün yeniliklər nədən ibarət oldu?

- 22-26 oktyabr tarixlərində Almaniyanın Baden-Baden şəhərində keçirilən ənənəvi illik təkrarsığorta simpoziumu çərçivəsində bir sıra broker və təkrarsığorta şirkətlərinin nümayəndələri ilə işgüzar görüşlər keçirildi. "AtaSığorta" şirkəti olaraq, tədbirdə mən və Anderaytinq və Təkrarsığorta departamentinin direktoru Nigar İbrahimova təmsil etmişdik. Burada təkrarsığorta şirkətlərindən A reytinqli VIG Re (Çexiya), Swiss Re (İsveçrə), Hannover Re və Munich Re (Almaniya), PolishRe (Polşa), Trust Re (Yunanıstan), Russian Re (Rusiya), Eurasia (Qazaxstan), Lloyd’s brokerləri olan MAI (Latvia), TürkerBroker (Türkiyə), “JLT” (Türkiyə nümayəndəliyi), AON Benfield nümayəndələri ilə təkrarsığorta işləri üzrə müzakirələr aparıldı. Həmçinin, 22.10.2017-ci il tarixdə “AzRe Təkrarsığorta” ASC təkrarsığorta simpoziumunda 10 illik yubileyini qeyd edildi. Tədbirdə şirkətin yerli və beynəlxalq müştəriləri və partnyorlarının 240-dan çox nümayəndəsi iştirak etdi.

- Qoşqar müəllim, maraqlı müsahibə üçün təşəkkür edirik. Sonda əlavə etmək istədiyiniz nəsə qaldımı?

- “AtaSığorta” şirkətinə ayırdığınız vaxta və diqqətinizə görə sizə təşəkkürümü bildirirəm. Təbii olaraq, biz müştərilərimiz üçün çalışırıq, onların layiqli dostu və təminatçısı olmaqdan qürur duyuruq. Bütün müştərilərimizin bizə göstərdiyi etimadı doğrultmağa çalışmışıq, çalışırıq və çalışacağıq. Əlbəttə, mən mütləq bizim kollektivi qeyd etmək istəyirəm. "AtaSığorta" kollektivi hər zaman öz peşəkarlığı və məsuliyyəti ilə fərqlənib. Mən xüsusi olaraq bizim bütün əməkdaşları, əməkdaşlıq etdiyimiz agentlərimizi qeyd edərək onlara təşəkkürümü bildirmək istəyirəm.

Dövlət Xidməti sahibkarlara tenderlərlə bağlı müraciət edib
Dövlət Xidməti sahibkarlara tenderlərlə bağlı müraciət edib
AZAL elektrik mallarının satınalınması üçün açıq tender elan edir
AZAL elektrik mallarının satınalınması üçün açıq tender elan edir
AZAL yol boyasının satınalınması üçün tender elan edir
AZAL yol boyasının satınalınması üçün tender elan edir
Loading Bars
Xəbər lenti
Azərbaycan və Ukraynanın əməkdaşlığı üçün bir sıra istiqamətlər mövcuddur - Baş nazirin müavini
Ermənistanla dövlət sərhədində daha bir hərbi hissə fəaliy­yə­tə başladı (FOTO)
Xızıda "Mitsubishi" yanıb
Hərbi Qənimətlər Parkına hansı marşrut avtobusları gedir? - BNA açıqladı
Şəhidlərimizin əziz xatirəsinə həsr edilmiş sərgi təşkil olunub (FOTO)
Yulğun kollarının məhv edilməsi ilə bağlı iş prokurorluğa göndərildi
Saatlı sakinindən 2 ədəd odlu silah götürülüb
Ramanada şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzillər verildi (FOTO)
Türkiyə parlamentində Ermənistanın Azərbaycana hücumu zamanı qeydə alınan pozuntular müzakirə ediləcək
Türkiyə Liviyaya COVID-19-a qarşı vaksin göndərir (FOTO)
İşğaldan azad olunan ərazilərə ceyranlar buraxılacaq
“TURKUAZ” layihəsi çərçivəsində ilk ekspres konteyner blok qatarı Bakıya çatıb
Moody’s Bank Respublikanın reytinq üzrə proqnozunu iki pillə birdən yüksəltdi
Ukrayna Baş nazirinin müavini Ağdama gedib (FOTO)
Azərbaycanda nikah və boşanmaların sayı məlum olub
Azərbaycan və Belarus prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər (FOTO)
Azərbaycan-Belarus sənədləri imzalanıb (FOTO)
Yeni doğulan körpələrin 53,2 faizi oğlandır
Azərbaycan əhalisinin sayı açıqlanıb
Hesab.az fəaliyyətinin 10-cu ilini qeyd edir
Küçədə saxlanılan koronavirus xəstələri xəstəxanaya yerləşdirilib
Putin vaksinin ikinci dozasını vurdurub
UNEC təkrar ali təhsilə sənəd qəbulu elan edir
İranda koronavirusdan gündəlik ölüm halı 300-ü keçib
Azərbaycan Türkiyədən 100 milyon dollarlıq kimyəvi məhsul idxal edib
Cəmşid Naxçıvanski adına hərbi liseyin 50 illik yubileyi qeyd ediləcək - Sərəncam
Kiyevdə sərt karantin rejiminin müddəti uzadılıb
Xətai rayonunda küçələr abadlaşdırılır (FOTO)
Aleksandr Lukaşenko: Azərbaycan öz milli arzusuna çatmaq yolunda böyük addım atıb
Prezident İlham Əliyev: Azərbaycan-Belarus münasibətləri hər hansı problemlərdən tamamilə uzaqdır
"Sən tək deyilsən, biz səninləyik!" adlı psixoloji debat keçirilib (FOTO)
Beynəlxalq Maliyyə Korporasiyası ilə dənizdə külək enerjisi sahəsində əməkdaşlığa dair sənəd imzalanıb (FOTO)
Evini tərk edən daha 5 koronavirus xəstəsi aşkarlandı, 2 nəfərə cinayət işi başlandı
246 min fermerə payızlıq əkinlərə görə subsidiya ödənilib
Sabah 25 dərəcəyədək isti olacaq
Türkiyə ilk "hava-hava" tipli raketini sınaqdan keçirib (VİDEO)
Banka yaxınlaşmadan hesab açılması prosedurunu səmərəli etmək lazımdır - Assosiasiya rəhbəri
Mədəni və dini abidələrimizə qarşı erməni vəhşiliyi - ŞƏRH
“Elmlər Akademiyası” stansiyasında relslərdəki ağac şpallar dəmir-beton şpallarla əvəzlənir (FOTO)
Naqif Həmzəyev Çin səfiri ilə görüşüb (FOTO)
Mobil bankçılıq sahəsində islahatlar təkmilləşdirilir
Ermənilər Hərbi Qənimətlər Parkından dərs götürsünlər - Hərbi ekspert (VİDEO)
Azərbaycanda qızıl və gümüş bahalaşır
GiLTEX müştərilərini Sumqayıtda yeni magazasında salamlamağa hazırdır (FOTO)
Azərbaycan və Belarus prezidentlərinin təkbətək görüşü olub (FOTO/VİDEO) (YENİLƏNİB-2)
Bakı Slavyan Universitetinin professor-müəllim heyəti vaksinasiyada fəal iştirak edir
Ramazanda düzgün və balanslı qidalanma
Macarıstan şirkətləri Qarabağın bərpası üzrə biznes forumda iştirak edə bilər
Bu bank kartları ilə əməliyyatlar müvəqqəti dayandırılacaq
Pandemiya dövründə mobil bankçılıq vasitəsilə əməliyyatlar artıb - Mərkəzi Bank
Odlar Yurdu Universiteti bu ixtisaslar üzrə işə qəbul elan edir
Mart ayında elektrik enerjisi istehsalı artıb
Paşinyan sabiq baş qərargah rəisini yalan danışmaqda ittiham etdi
Şəkidə qayınanasını qətlə yetirən şəxsin işi məhkəməyə göndərilib
"8 Noyabr" prospekti 10 kilometrə qədər uzadıldı
Bərdədə cinayət törədən şəxslər saxlanılıb
Azərbaycan nefti bahalaşır
Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib (FOTO/VİDEO)
İtaliya ermənipərəst dairələrin təzyiqinə məhəl qoymadı - Politoloq
Azərbaycanda pul köçürülməsi üçün mobil platforma hazırlanır
Yeni Bakı-Quba yolunun 16-30-cu kilometrliyində təmir işlərinin 1-ci hissəsi bitib (FOTO)
Saatlıda yas mərasimləri aşkar edilib
BP "Azəri-Çıraq-Günəşli" blokunda texniki xidmət proqramlarını reallaşdıracaq
Oğuzda koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb
BVF Azərbaycanda neft və qeyri-neft ÜDM-in artımını proqnozlaşdırır
Moody's Xalq Bankın reytinq üzrə proqnozunu iki pillə yüksəldib
Prezident İlham Əliyev verdiyi vədlərin hamısını yerinə yetirib - Deputat
Orta aylıq pensiya 12% artaraq 332 manata çatıb
Sumqayıtda zavod ərazisində top mərmisi tapılıb (FOTO)
“AccessBank” tender elan edir
Türkiyədə yük qatarı qəzaya uğrayıb
"Vestel Azərbaycan"dan qazandıran yenilik
5 yaşlı uşağın Kürdə meyiti tapılıb
Koronavirusun "Britaniya" ştammı 132 ölkədə aşkarlanıb - ÜST
Kapital Bank ölkə bankları arasında ən yüksək reytinq alıb
Aprelin 14-də xarici valyutaların manata qarşı məzənnələri
TAP-la tədarük başlayandan sonra Yunanıstan qaz idxalını azaldıb
Yevlaxda toy məclisi aşkarlanıb
Hacıqabulda evdən çıxan koronavirus xəstəsi saxlanılıb
Sahibə Qafarovanın başçılığı ilə deputatlarımız Rusiyaya gedir
Hərbi Qənimətlər Parkı ordumuzun qəhrəmanlıqla yaratdığı bir əsərdir - Tamam Cəfərova
Belarus Qarabağda tikinti-quruculuq işləri ilə bağlı dəstək göstərməyə hazırdır - Nazir (FOTO)
Xaçmazın icra başçısı peyvənd olunub (FOTO)
OPEC Azərbaycanda maye karbohidrogenlərin hasilatı ilə bağlı proqnozunu dəyişib
Hərbi Qənimətlər Parkı: Ermənistanın rəzalət simvolu
İranın nüvə sazişi üzrə iclasın vaxtı dəyişdirilib
Şəmkirdə toy edən şəxslər məsuliyyətə cəlb olunub (VİDEO)
Braziliyada ötən sutka koronavirusdan 3 808 nəfər ölüb
Goranboyda gizli toy mərasimi keçirmək istəyən şəxslər saxlanılıb (FOTO)
Yol polisi Qərb rayonlarında reyd keçirib (FOTO/VİDEO)
Vaşinqton Cozef Baydenin sentyabrın 11-dək qoşunları Əfqanıstandan çıxarmaq niyyətini təsdiqləyib
Dünyada ötən sutka koronavirusa 567 mindən çox yoluxma qeydə alınıb - ÜST
Misirdə avtobus yük maşını ilə toqquşub, çox sayda ölən var
Aİ Türkiyəyə qarşı ikili standartlardan imtina etməlidir - Ərdoğan
Britaniyada koronavirusa daha 2 472 nəfər yoluxub
ABŞ İranın uranı 60%-ə qədər zənginləşdirmək niyyətini təxribat hesab edir
Prezident İlham Əliyev: Zəngəzur dəhlizi Türkiyənin razılığı və onların iştirakı olmadan açıla bilməz
Prezident İlham Əliyev azad olunmuş ərazilərə köçkünlərin nə zaman qayıdacağı sualını cavablandırıb
Prezident İlham Əliyev: Ermənistanda hökumət, müxalifət erməni xalqına həqiqəti söyləməlidirlər
Prezident İlham Əliyev: Bizim azad etdiyimiz ərazilər dörd Lüksemburq ərazisinə bərabərdir
Bütün xəbərlər