...

"AtaSığorta" yeni ISO 9001:2015 beynəlxalq keyfiyyət sertifikatını əldə edib

İqtisadiyyat Materials 15 Noyabr 2017 12:17 (UTC +04:00)
“AtaSığorta” ASC yeni ISO 9001:2015 beynəlxalq keyfiyyət sertifikatını əldə etdi
"AtaSığorta" yeni ISO 9001:2015 beynəlxalq keyfiyyət sertifikatını əldə edib

Bakı. Trend:

“AtaSığorta” ASC yeni ISO 9001:2015 beynəlxalq keyfiyyət sertifikatını əldə etdi.

Bu barədə Trend-ə ASC-dən məlumat verilib.

“AtaSığorta” ASC növbəti 3 il müddətinə “Intertek” şirkəti tərəfindən yeni ISO 9001:2015 beynəlxalq sertifikatına layiq görülüb. Şirkət 2005-ci ildən fəaliyyətini Beynəlxalq Standartlaşma Təşkilatının (ISO) keyfiyyət idarəetmə sisteminin tələbləri əsasında həyata keçirir.

“AtaHolding” şirkətlər qrupuna daxil olan “AtaSığorta” 2004-cü ildən sığorta sektorunda fəaliyyət göstərir. Şirkət 35 milyon manata yaxın aktivlərə malik olmaqla 28 sığorta növü - 24 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərə xidmətlər göstərir. AtaSığorta həmçinin təkrarsığorta fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malikdir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. Bütövlükdə, “AtaSığorta” ASC-nin xidmət şəbəkəsinə 90-dan artıq filial, nümayəndəlik və ofislər daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti