...

Lökbatan qəsəbəsinin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş hesabat yığıncağı keçirilib (FOTO)

İqtisadiyyat Materials 25 Yanvar 2019 11:04 (UTC +04:00)
Yanvarın 24-də Lökbatan qəsəbəsinin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş hesabat yığıncağı keçirilib.
Lökbatan qəsəbəsinin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş hesabat yığıncağı keçirilib (FOTO)

Bakı. Trend:

Yanvarın 24-də Lökbatan qəsəbəsinin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş hesabat yığıncağı keçirilib.

Trend-in məlumatına görə, hesabat yığıncağında Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, rayon İcra hakimiyyəti başçısının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak ediblər.

Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Lökbatan qəsəbəsi üzrə nümayəndəsi İlham Yusifov hesabat verərək qeyd edib ki, 2018-ci il Lökbatan qəsəbəsi üçün olduqca uğurlu bir olub. Belə ki, Qaradağ rayonunda həyata keçirilən quruculuq və abadlıq işləri rayon əhalisi kimi sakinləri tərəfindən də böyük rəğbətlə qarşılanıb.

Ölkə başçısının rəhbərliyi ilə hazırlanmış müvafiq Dövlət Proqramlarının uğurlu icrası və rayon İcra hakimiyyətinin daxili imkanları hesabına da qəsəbədə xeyli işlər görülüb. Təbii ki, görülmüş işlər göz qabağındadır və bütün bunlar qəsəbə sakinlərini ürəkdən sevindirir. Ötən il ərzində qəsəbə ərazisində əhalinin elektrik, su və qaz təchizatında heç bir problem olmayıb. Qəsəbə sakinlərini narahat edən problemlər də Lökbatan qəsəbə nümayəndəliyində araşdırılıb, məsələnin həli üçün lazımi tədbirlər görülüb.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov qəsəbə sakinlərindən 4 nəfəri fərdi qaydada dinləyib. Çıxış edən qəsəbə sakinləri ölkə başçısına öz dərin təşəkkürlərini bildiriblər. Qəsəbə sakinləri Pilot Layihəsi çərçivəsində inşa edilən binalara köçürülən qamış - taxta konstruksiyalı evlərdən köçürülən vətəndaşlar da ölkə başçısına minnətdarlıqlarını bildiriblər. Sakinləri narahat edən problemləri dinlənildikdən sonra onların həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Hesabat yığıncağında qəsəbə sakinləri nümayəndəliyin 2018-ci ildə gördüyü işlərə qənaətbəxş qiyməti verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti