...

Qaradağda hesabat yığıncağı keçirilib (FOTO)

İqtisadiyyat Materials 1 Fevral 2019 10:32 (UTC +04:00)
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Qıızıldaş Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 2018-ci ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirilib.
Qaradağda hesabat yığıncağı keçirilib (FOTO)

Bakı. Trend:

31 yanvar 2019-cu il tarixində Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Qızıldaş qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 2018-ci ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirilib.

İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, hesabat yığıncağında Qaradağ Rayon İcra Hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, Qaradağ Rayon İcra Hakimiyyəti Aparatının məsul işçiləri və qəsəbə sakinləri iştirak ediblər.

Qaradağ Rayon İcra Hakimiyyəti başçısının qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ə.Hüseynov öz çıxışında 2018-ci il ərzində qəsəbədə həlli vacib məsələlərin həll edildiyini bildirib və qeyd edib ki, rayonda aparılan abadlıq və quruculuq işləri çərçivəsində qəsəbədə yeni park və yaşıllıq zolağı salınıb, 100-dən çox müxtəlif növlü dekorativ ağaclar əkilib, eyni zamanda əhalini narahat edən və uzun illərdir təmirsiz olan Qızıldaş-Lökbatan avtomobil yolu Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən əsaslı şəkildə təmir edilib. Eyni zamanda hesabat ilində qəsəbə sakinlərini narahat edən problemlər araşdırılıb, məsələnin həlli üçün lazımi tədbirlər görülüb.

Daha sonra hesabat məruzəsi ətrafında çıxış edən qəsəbə sakinləri məruzəyə münasibət bildirdirərək qəsəbədə həlli vacib məsələlərə toxunublar. Sonda 2018-ci ilin yekunları ilə bağlı Rayon İcra Hakimiyyəti başçısının Qızıldaş qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin hesabat məruzəsində əksini tapan nöqsan və çatışmazlıqların və sakinlər tərəfindən qaldırılan problemlərin həlli ilə əlaqədar müvafiq tədbirlərin görülməsi və icrasının nəzarətə götürülməsi barədə qərar qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti