• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Daxil ol
  • Qeydiyyatdan keç
  • Əsas səhifə
  • İqtisadiyyat

NRYTN XV Avropa Gənclər Yay Olimpiya Festivalı ilə bağlı gücləndirilmiş iş rejimində çalışır

20 İyul 2019 11:25 (UTC+04:00)
  • 0
  • 0

Bakı. Trend:

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 21-27 iyul tarixlərində Bakı şəhərində keçiriləcək “Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Oyunların keçiriləcəyi məkanlar keyfiyyətli və fasiləsiz telekommunikasiya, internet, mobil yayım və poçt xidmətləri ilə təmin edilib.

Yarışların təşkil olunacağı məkanlara müvafiq EATS-lərdən fiber-optik kabellər çəkilib.

İstifadəçilərin tələblərinə uyğun olaraq radiotezliklərin ayrılması və həmin radiotezliklərin maneəsiz işini təmin etmək məqsədilə ilkin radiomonitorinq həyata keçirilib.

Yarışlar zamanı 4 ədəd mobil radiopelenqasiya stansiyası Bakı şəhəri üzrə radiomonitorinq işləri aparacaq.

Ölkəmizə gələcək turistlərin daşınması üçün Təşkilat Komitəsi ilə bağlanan müqavilə əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Bakı Taksi Xidməti” MMC tərəfindən 120 avtonəqliyyat vasitəsi və 270 sürücü ayrılıb. Hava limanı önünə dislokasiya edilən “London TX-4” taksilərinin sayı artırılaraq yarışı izləmək üçün ölkəmizə gələcək turistlərin otellərə daşınması üçün tam hazır vəziyyətə gətirilib. “Bakı Taksi Xidməti” MMC tərəfindən Əməliyyat Komitəsinin heyətinə dəstək üçün 40 dispetçer ayrılıb.

XV Avropa Gənclər Yay Olimpiya Festivalının keçiriləcəyi müddətdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin üzərinə düşən öhdəliklərin lazımi səviyyədə icra edilməsi nəzarətdə saxlanılacaq.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
  • Avropa Gənclər Festivalı
Digər xəbərlər
Bu marşrut üçün yeni istiqamət müəyyən edildi
İqtisadiyyat 09:00
“AzDoc” elektron sənəd dövriyyəsi sistemi “A-dan Z-yə elektron kargüzarlıq” xidmətlərini təqdim edir
İqtisadiyyat 5 Dekabr 17:17
Bərdədə bədbəxt hadisə - Nazirlik əməkdaşı ağacdan yıxılıb öldü
Gündəm 24 Oktyabr 09:41
Səhiyyə Nazirliyi: Festival günlərində 41 Təcili Tibbi Yardım briqadası növbə çəkəcək
Cəmiyyət 19 İyul 10:26
Azərbaycanda elektron pul kisəsi istifadəyə verilib
İqtisadiyyat 10 İyul 10:54
Azərbaycanda e-imza sahiblərinin sayı artır
Cəmiyyət 9 İyun 12:22
Xəbər lenti
Atəşkəs rejimi pozuldu - 23 dəfə
Dağlıq Qarabağ Münaqişəsi 09:38
Bakıda əcnəbi qadını işə düzəltmək adı ilə aldadıb pulunu mənimsədilər
Hadisə 09:33
Dekabrın 6-da xarici valyutaların manata qarşı məzənnələri
İqtisadiyyat 09:29
Bərdədə 3 otaqlı ev yanıb
Hadisə 09:20
Deputat: Parlamentdə innovativ və modern idarəetmə çağırışlarına cavab verən gənclərə ehtiyac duyulur
Siyasət 09:10
Bu gün Azərbaycanın bütün regionlarında ağacəkmə kampaniyası keçiriləcək
Cəmiyyət 09:05
Bu marşrut üçün yeni istiqamət müəyyən edildi
İqtisadiyyat 09:00
ABŞ Yaxın Şərqə əlavə 7 minə qədər hərbçi göndərə bilər
Dünya xəbərləri 08:51
Azərbaycanda müәyyәn edilmiş cinayәt törәdənlərin çoxu işləməyən və təhsilsiz şəxslərdir
Gündəm 08:30
Ən çox oxunanlar
Azərbaycan ilk dəfə bu qatarlardan alacaq
Azərbaycan ilk dəfə bu qatarlardan alacaq
AAYDA Bibiheybətdəki sürüşmə ilə bağlı ittihamlara cavab verdi
Sabunçu bazarında baş verən yanğın söndürülüb (YENİLƏNİB)
Yas mərasimlərində israfçılığın qarşısının alınmasının iki forması müəyyənləşdirilib
Nəzər nöqtəsi
Fikrət Sadıqov: Azərbaycan parlamentinə innovativ ideyalarla yeni gənc kadrlar lazımdır

Fikrət Sadıqov: Azərbaycan parlamentinə innovativ ideyalarla yeni gənc kadrlar lazımdır

Elxan Ələsgərov: Yeni parlamentə vacib qanunvericilik qərarları qəbul edəcək gənc kadrlar cəlb etmək lazımdır (VİDEO)
Səfir: Qazaxıstan və Azərbaycanı uzunmüddətli iqtisadi münasibətlər birləşdirir
Azernews Newspaper
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Xəbər terminalı
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2019 Trend News Agency
İstifadə şərtləri