...

Koronavirusun yaratdığı çətinliklərlə bağlı KOB-lara dəstək göstərilir

İqtisadiyyat Materials 17 Mart 2020 11:09 (UTC +04:00)
Koronavirusun yaratdığı çətinliklərlə bağlı KOB-lara dəstək göstərilir

Bakı. Trend:

Dünyada yayılmış koronavirus (COVİD-19) infeksiyasının xarici iqtisadi fəaliyyətlə məşğul olan sahibkarlara mümkün təsirlərinin azaldılması və bu sahədə yerli sahibkarlara dəstək göstərmək üçün “PAŞA Bank” ASC Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə əməkdaşlıqda yeni təşəbbüs irəli sürüb.

Belə ki, Çin Xalq Respublikası ilə ticarət əlaqələri olan yerli sahibkarların son zamanlar üzləşdikləri maliyyə çətinlikləri nəzərə alınaraq, “PAŞA Bank”ın müştəriləri olan yerli sahibkarlara, xüsusilə də kiçik və orta biznes subyektlərinə bu istiqamətdə həyata keçirdikləri pul köçürmələri üzrə komissiyanı 0,2%-a endirib.

Çinlə biznes əlaqələri olan “Paşa Bank” müştəriləri https://lnkd.in/eFHduin linkinə daxil olmaqla bu güzəştdən onlayn rejimdə istifadə edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti