...

Dövlət-biznes əməkdaşlığı çərçivəsində daha bir aksiyaya başlandı (FOTO)

İqtisadiyyat Materials 21 İyul 2020 19:38 (UTC +04:00)
Dövlət-biznes əməkdaşlığı çərçivəsində daha bir aksiyaya başlandı (FOTO)

Bakı. Trend:

Koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirlərinə dəstək məqsədilə dövlət-biznes əməkdaşlığı çərçivəsində daha bir sosial aksiyaya start verilib.

Trend-in məlumatına görə, İqtisadiyyat Nazirliyinin təşəbbüsü, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, "Mətanət A", Neftçala Avtomobil Zavodu, "A.M.O." MMC-nin dəstəyi ilə paytaxt Bakıda və ölkə regionlarında həyata keçiriləcək maarifləndirici aksiya çərçivəsində vətəndaşlara koronavirus infeksiyasından qorunmaq üçün tibbi maska paylanılacaq, xüsusi karantin rejimi qaydalarına dair maarifləndirici söhbətlər aparılacaqdır.

İyulun 21-də Bakı şəhərində, həmçinin Abşeron, Lənkəran və Masallı rayonlarında keçirilən aksiya zamanı KOB dostları və könüllülər vətəndaşların daha çox olduğu xidmət, ticarət və ictimai iaşə obyektlərinə yaxın yerlərdə tibbi maska paylayıb, koronavirus infeksiyasının profilaktikasına dair ətraflı məlumat veriblər.

Ümumilikdə, iyul-avqust ayları ərzində təşkil olunacaq aksiya çərçivəsində ölkənin 20-ə yaxın şəhər və rayonunda vətəndaşlara 20 mindən çox tibbi maskanın paylanması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti