...

Azərbaycanda əsas kapitala yönəldilmiş vəsaitlərin artımı açıqlanıb

İqtisadiyyat Materials 25 Oktyabr 2022 11:43 (UTC +04:00)
Azərbaycanda əsas kapitala yönəldilmiş vəsaitlərin artımı açıqlanıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala yönəldilmiş vəsaitlər ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 faiz artıb.

Trend-in məlumatına görə, bu barədə bu gün iqtisadiyyat naziri Mikayıl Cabbarov öz "Twitter" səhifəsində yazıb.

"Daxili investisiyalarda artım 20,5 faiz təşkil edib. Dövlət mülkiyyətində olan qurumların kapital qoyuluşları 21,5 faiz, qeyri-dövlət mülkiyyətində olan təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş investisiyalar (ABƏŞ istisna olmaqla) 11,4 faiz artıb. Tikinti quraşdırma işlərinə yönəldilmiş vəsaitlərdə 22,3 faizlik artım da əhəmiyyətli göstəricidir", - nazir yazıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti